Yüklənir...
Location: Bakı
Müəssisənin maliyyə vəziyyətini qiymətləndirir, etibarlı hesabatlar hazırlayır və rəhbərliyin qərarvermə prosesinə dəstək göstərir. Vəzifə öhdəlikləri: Maliyyə məlumatlarının təhlili və rəhbərlik üçün müntəzəm hesabatların təqdim edilməsi; Büdcə və faktiki nəticələrin müqayisəli təhlilinin aparılması; Maliyyə göstəricilərinin monitorinqi və kənarlaşmaların izah edilməsi; Hesabat proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması üzrə təşəbbüslərin irəli sürülməsi; Müxtəlif struktur bölmələri ilə əməkdaşlıq edərək maliyyə məlumatlarının düzgünlüyünün təmin edilməsi. Tələblər: Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində); Maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində minimum 3 il iş təcrübəsi; IFRS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) üzrə biliklərə üstünlük verilir; Maliyyə göstəricilərinin təhlili və hesabatların hazırlanması bacarığı; MS Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, Power Query, mürəkkəb formulalar və s.); ERP sistemləri ilə işləmək təcrübəsi üstünlükdür; Məlumatların emalı, konsolidasiyası və təqdimatı üzrə bacarıqlar; Böyük həcmli məlumatlarla işləmək və qısa müddətdə keyfiyyətli nəticə təqdim etmək bacarığı; Yüksək analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik; Vaxtın effektiv idarə olunması və prioritetləri düzgün müəyyən etmə bacarığı; Komanda ilə işləmə bacarığının olması. Əmək şəraiti: İş rejimi: Bazar ertəsi – Cümə günü (5 gün) İş vaxtı: 09:00-18:00 Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə analitiki və hesabatlıq mütəxəsəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.