Location: Bakı
Şirkətin neft və qaz, tikinti, mədənçilik, istehsalat və dövlət satınalmaları sahələri üzrə yerli və beynəlxalq satınalma proseslərinin səmərəli idarə edilməsini təmin edir, strateji təchizatçı əlaqələrinin qurulmasında, tenderlərin idarə olunmasında və satınalma fəaliyyətlərinin şirkətin biznes məqsədlərinə uyğun həyata keçirilməsində iştirak edir. Vəzifə öhdəlikləri: Şirkətin satınalma ehtiyaclarını planlaşdırmaq, tələbnamələri təhlil etmək və satınalma proseslərini vaxtında və səmərəli şəkildə həyata keçirmək; Yerli və xarici təchizatçıların araşdırılmasını, qiymətləndirilməsini və seçimini həyata keçirmək, etibarlı təchizatçı bazasını formalaşdırmaq və davamlı olaraq yeniləmək; Qiymət sorğuları (RFQ), tender və kommersiya təkliflərinin hazırlanmasını, qiymətləndirilməsini və müqayisəli təhlilini aparmaq; Təchizatçılarla qiymət, çatdırılma müddəti, ödəniş şərtləri, zəmanət və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq; Satınalma müqavilələrinin hazırlanması, razılaşdırılması və icrasına nəzarət etmək; Satınalma proseslərinin şirkətin daxili prosedurlarına, HSE tələblərinə və qüvvədə olan qanunvericiliyə uyğun icrasını təmin etmək; Tender sənədlərinin hazırlanması və dövlət, eləcə də özəl sektor layihələri üzrə satınalma proseslərinin koordinasiyasında iştirak etmək; Satınalma büdcəsinə və xərclərə nəzarət etmək, optimallaşdırma imkanlarını müəyyənləşdirmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək; Logistika, gömrük rəsmiləşdirilməsi və malların vaxtında çatdırılması proseslərini aidiyyəti şöbələrlə koordinasiya etmək; Təchizat zəncirində yarana biləcək riskləri qiymətləndirmək, alternativ həllər hazırlamaq və fasiləsiz təchizatı təmin etmək; Satınalma fəaliyyəti üzrə dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək. Tələblər: Ali təhsil (İqtisadiyyat, Menecment, Logistika, Təchizat Zəncirinin İdarəedilməsi və ya digər aidiyyəti sahələr üzrə); Satınalma sahəsində minimum 5 il, o cümlədən rəhbər və ya baş mütəxəssis səviyyəsində iş təcrübəsi; Yerli və beynəlxalq satınalma, tender və müqavilələrin idarə edilməsi sahəsində bilik və təcrübə; Neft və qaz, tikinti, istehsalat və ya sənaye sahələrində satınalma təcrübəsi üstünlükdür; Analitik düşünmə, danışıqların aparılması və qərarvermə bacarığı; MS Office proqramlarını yüksək səviyyədə bilməli, ERP və ya 1C sistemləri ilə işləmək bacarığı üstünlükdür; Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilməli; rus dili biliyi üstünlükdür. Əmək şəraiti: Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Pozitiv və dinamik iş mühiti; İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün); İş vaxtı: 09:00–18:00; Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.