Tender üzrə mütəxəssis - Company

Location: Bakı

Vəzifə öhdəlikləri: Dövlət və Kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlerin müəyyən edilməsi; Tələb olunan sənədlər toplusunun əldə olunması, dövlət orqanlarında təsdiqlənməsi və operativ şəkildə hazırlanması; Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət; Satınalmalar üzrə müsabiqələrin (açıq-qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və s.) təşkili, satınalmaların həyata keçirilməsi ilə bağlı sənədləşmələrin aparılması; Tender fəaliyyətləri ilə bağlı risklərin müəyyən edilməsi və minimallaşdırılması üçün təkliflərin irəli sürülməsi; İcra prosesində olan tenderlərin daxili nəzarət sisemində qeydiyyatı və iş prosesinin idarə olunması. Namizədə dair tələblər: Ali -Bakalavr təhsili (İqtisadiyyat, Maliyyə); Müvafiq sahə üzrə 3 il iş təcrübəsi; Satınalma proseslərini və ümumi prinsipləri anlamaq; Azərbaycan dili və Rus dili yüksək səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı; 1C və MS Office (Word, Excel) yüksək səviyyədə bilmək. İş şəraiti: 5 günlük iş həftəsi (09:00 – 18:00); Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir; Ünvan: Nəsimi ray, S.Vurğun küçəsi. Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.