Location: Bakı
İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi Vəzifə öhdəlikləri: Müxtəlif tipli və konstruksiyalı tərəzilərdə yüklərin çəkilməsi. Yüklərin xarici görünüşünə baxış keçirilməsi və qablaşdırılmasının düzgünlüyünə nəzarət edilməsi. Yükün çəkisinin, adının və başqa xüsusiyyətlərinin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması. Yükün çatışmazlığına və xarab olmasına görə aktların tərtibi və müşayiətedici sənədlərin rəsmiləşdirilməsi. Çəkilmiş yüklərin uçotunun aparılması. Tərəzilərin çəkini düzgün göstərməsinin yoxlanılması və onlara qulluq, çəkiləcək yüklərin tərəziyə qoyulmasında bilavasitə iştirak və rəhbərlik, nəqliyyat tutumlarının tam yüklənməsinə nəzarət. Çəkilən yüklərin nomenklaturasını, çeşidlərini və növləşdirilməsini, xidmət etdiyi tərəzilərin quruluşunu və onlarda çəkilə bilən yükün həddini, tərəzilərin düzgün işlənilməsinin tənzimlənməsi və onların yoxlanılma üsullarını bilməlidir; Çəki ölçüsünü, çəkilmənin, yerləşdirilmənin, yığılmanın və yükün mühafizəsi qaydalarını, nəqliyyat tutumlarının növləri və onların yük qaldırma qabiliyyətini, çəkilmiş yüklərin hesablanma və müşayiətedici sənədlərin rəsmiləşdirilmə qaydalarını bilməlidir; Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası. Tələblər: Ali təhsil Minimum 1 il iş təcrübəsi 1C proqramında işləmə bacarığı Microsoft Office (xüsusilə Word, Excel, Outlook) üzrə bilik Azərbaycan dili biliyi, rus və ingilis dilləri arzuolunandır Diqqətlilik, məsuliyyətlilik və komanda ilə işləmə bacarığı Yüksək səviyyədə şifahi, yazılı ünsiyyət bacarıqları Şərtlər: İş qrafiki: 6 günlük iş qrafiki. Servis xidməti: İş yerinə gediş-gəliş üçün nəqliyyat təmin olunur Nahar şirkət tərəfindən qarşılanır Maraqlanan namizədlər Müraciət Et düyməsində göstərilən formu dolduraraq müraciətlərini göndərə bilərlər.