Location: Bakı
İş şəraiti Əmək haqqı: 600 AZN (NET) Ünvan: Bakı şəhəri İş rejimi: Həftədə 1 və ya 2 gün (part-time) Vəzifə öhdəlikləri Bitkilərin vaxtında suvarılmasını, budanmasını, gübrələnməsini və becərilməsini təmin etmək; Bitkilərə dekorativ forma vermək və yaşıllaşdırma işlərini həyata keçirmək; Bitkilərdə xəstəlik, zərərverici və zədələri aşkar edərək aradan qaldırmaq; Quruyan və ya məhv olan bitkilərin yerinə yenilərini almaq və yerləşdirmək; Kimyəvi preparatlardan və pestisidlərdən təhlükəsizlik qaydalarına uyğun istifadə etmək; Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək; Rəhbərlik tərəfindən verilən və vəzifəsinə aid digər tapşırıqları yerinə yetirmək. Qeyd: Bitkilərlə bağlı bütün xərclər şirkət tərəfindən qarşılanır. Namizədə tələblər Bağbanlıq sahəsində iş təcrübəsi arzuolunandır; Bitkilərə qulluq qaydalarını bilmək; Məsuliyyətli, səliqəli və diqqətli olmaq. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .