Location: Bakı
“Crystal Group of Companies” tərkibində fəaliyyət göstərən “Crystal İnşaat” olaraq, ölkəmizin tikinti və bərpa-quruculuq sahəsində mühüm layihələrə imza atırıq. Ağdam şəhərində icrasına başladığımız genişmiqyaslı layihəmiz üçün komandamıza məsuliyyətli, sahə təcrübəsi olan və peşəkar İnşaat mühəndisi (sahə üzrə) axtarırıq. Vəzifə öhdəlikləri: Tikinti sahəsində gündəlik işlərin təşkili və nəzarət olunması Bina tikintisi prosesinin layihəyə uyğun icrasına nəzarət Briqadirlərin və işçi heyətinin koordinasiyası Görülən işlərin keyfiyyətinə və texniki normalara uyğunluğun təmin edilməsi Tikinti qrafikinə uyğunluğun izlənilməsi Texniki sənədlərlə (çertyoj, plan və s.) işləmək Layihə rəhbərinə mütəmadi hesabatların təqdim olunması Tələblər: Ali təhsil: İnşaat mühəndisliyi Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (bina tikintisi üzrə mütləqdir) Tikinti sahəsində praktiki iş təcrübəsi və sahə proseslərinə bələdlik AutoCAD proqramında işləmə bacarığı Tikinti norma və qaydalarını bilmə Komanda ilə işləmək və idarəetmə bacarıqları Məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti Təklif edirik: Rəqabətli əmək haqqı (müsahibə əsasında müəyyən olunur) Böyük və perspektivli layihədə iştirak imkanı Peşəkar inkişaf və karyera yüksəlişi Stabil və güclü şirkətdə çalışma imkanı Müraciət qaydası: Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “İnşaat mühəndisi (sahə üzrə) – Ağdam” qeyd olunması xahiş olunur.