Location: Bakı
İş yeri: Zəngilan şəhəri Vəzifə öhdəlikləri: Tikinti layihələrinin planlaşdırılması, təşkili və icrasına rəhbərlik etmək; Layihənin vaxtında, keyfiyyət standartlarına və təsdiq olunmuş büdcəyə uyğun icrasını təmin etmək; Podratçı və subpodratçıların fəaliyyətini koordinasiya etmək və iş prosesinə nəzarət etmək; Tikinti-quraşdırma işlərinin layihə-smeta sənədlərinə uyğun aparılmasını təmin etmək; Layihənin icrası ilə bağlı hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək; Əməyin mühafizəsi, təhlükəsizlik və tikinti normalarının tələblərinə riayət olunmasına nəzarət etmək. Tələblər: Ali təhsil (İnşaat mühəndisliyi ixtisası üzrə); Tikinti sahəsində minimum 10 il iş təcrübəsi; Minimum 5 il Layihə Rəhbəri vəzifəsində iş təcrübəsi; Çoxmərtəbəli yaşayış və digər bina tikintisi layihələrində iş təcrübəsi mütləqdir; Tikinti norma və qaydalarını, layihə-smeta sənədlərini və texniki sənədlərlə işləmə prinsiplərini yaxşı bilmək; MS Office proqramlarında sərbəst işləmək; Güclü liderlik, təşkilatçılıq, analitik düşünmə və qərarvermə bacarığı. CV-lərinizi mövzu hissəsində "Layihə Rəhbəri – Zəngilan" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.