Yüklənir...
Location: Bakı
İş şəraiti Şöbə : İnsan resursları şöbəsi İş yeri: Bakı İş şəraiti: Standart- ofis İş rejimi: 5 günlük 09:00-18:00 Namizədə tələblər: Təhsil: Ali təhsil; Tələb olunan iş təcrübəsi: Müvafiq sahədə dövlət qulluğunda iş təcrübəsi; Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı; Kompüter bacarığı: MS Office-yaxşı səviyyədə. Digər tələblər: Dəqiqlik və detallara fikir vermək qabiliyyəti; Komandada işləmək bacarığı. Vəzifə öhdəlikləri: dövlət qulluğu sahəsində kadr işini Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun təşkil etmək; dövlət qulluğu ilə bağlı normativ hüquqi aktların tətbiqini təmin etmək; dövlət qulluğuna aid daxili normativ sənədlərin hazırlanmasında iştirak etmək; dövlət qulluqçularının şəxsi işlərini formalaşdırmaq, aparmaq və mühafizəsini təmin etmək; vakant inzibati və yardımçı vəzifələrin müəyyən edilməsini və uçotunu aparmaq; vakant vəzifələr üzrə məlumatların Dövlət İmtahan Mərkəzinə təqdim edilməsini təmin etmək; dövlət qulluğuna qəbul, vəzifəyə təyin, yerdəyişmə, rotasiya, ezamiyyət, məzuniyyət, qulluq münasibətlərinə xitam verilməsi və digər kadr sənədlərini hazırlamaq; dövlət qulluqçularının qulluq stajının hesablanmasını aparmaq; dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı sənədləri hazırlamaq; dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi prosesində iştirak etmək; dövlət qulluğu üzrə sertifikatların uçotunu aparmaq və etibarlılıq müddətlərinə nəzarət etmək; dövlət qulluğu sahəsində təlim və peşəkar inkişaf tədbirlərinin təşkilində iştirak etmək; dövlət qulluğu üzrə elektron informasiya sistemlərinə məlumatların daxil edilməsini və aktuallığını təmin etmək; dövlət qulluğu üzrə statistik məlumatları, arayışları və hesabatları hazırlamaq; struktur bölmələrinə dövlət qulluğu məsələləri üzrə metodiki dəstək göstərmək; dövlət qulluğu sahəsində qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və onların tətbiqi ilə bağlı təkliflər hazırlamaq; rəhbərliyin tapşırıqlarına uyğun olaraq digər funksiyaları yerinə yetirmək; dövlət qulluğu sahəsində qanunvericilikdə edilən dəyişiklikləri izləmək və onların tətbiqini təmin etmək. Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “ DQ mütəxəssisi ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.