Location: Bakı
Vəzifə öhdəlikləri: Biznes layihələrini idarə etmək; Müştərilər üçün təklif paketləri hazırlamaq; Bazarın, rəqiblərin müntəzəm araşdırılması və təhlilinin aparılması; Biznesin inkişafı üçün yerli və xarici müştərilərlə və tərəfdaşlarla əlaqələrin qurulması; Görülən işlər barədə həftəlik, aylıq və illik hesabatların rəhbərliyə təqdim edilməsi; Potensial müştərilərin müəyyən edilməsi, onların tələblərinə və ehtiyaclarına uyğun olaraq təkliflərin hazırlanması; Peşəkar təqdimatların, təklif paketlərinin hazırlanması və təqdimatların edilməsi; Müştəri, bazar və rəqiblərlə əlaqədar informasiyaları hesabat şəklində rəhbərliyə çatdırmaq; Potensial müştərilər haqqında məlumatlar toplamaq və rəhbərliyə təqdim etmək; Şirkətin biznes inkişafı strategiyasının, strateji və operativ biznes planlarının hazırlamaq; Bazarda mövcud olan şirkətlərin, onların məsullarının və tariflərinin öyrənilməsi və təhlili, bazarın seqmentasiyası; Yeni məhsulların yaradılması, onların təşviq metodlarını işləyib hazırlamaq; Müştərilərin şirkətə bağlılığını artırmaq üçün tədbirlər planını hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək; Müştərilərlə əlaqələr qurmaq, görülmüş işlərin nəticələrinin təhlili və qiymətləndirilməsi işini aparmaq, dövrü hesabatlar hazırlamaq və təhlilini aparmaq; Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, təhlillər aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərinə təkliflərini bildirmək; İxrac proseslərinin koordinasiyası və sənədləşməsini aparmaq; Ətraf mühitə minimal təsir və öz sağlamlığı üçün riskin azaldılması məqsədi ilə öz işinin təşkilini aparmaq; İş proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq. Vəzifə tələbləri: Ali təhsil (Logistika, İqtisadiyyat, Biznesin idarə olunması, Marketinq və ya əlaqəli sahə); Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi; Biznes və strategiyalar üzrə biliklər (SMM, SEO, PPC və s.); Müştəri münasibətlərinin uzunmüddətli idarə olunması; Yeni bazarlara çıxış strategiyalarının hazırlanması Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı; Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik; Azərbaycan və rus dili səlis, İngilis dili yaxşı; 1C / ERP, MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi. Əlavə məlumat: Struktur: Kommersiya, Satış və Marketinq departamenti Bilavasitə tabe olduğu şəxs: Kommersiya departamentinin rəhbəri İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00); Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını ( Biznes və ixrac üzrə mütəxəssis ) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.