Location: Bakı
Vəzifə öhdəlikləri Mühasibat məlumatlarını Logo Tiger bazasına vaxtı vaxtında işlənilməsi, Aylıq, rüblük, illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi; Pul axınlarının (Cash Flow) planlaşdırılması və nəzarəti; Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması; Vergi sahəsi ilə bağlı əməliyyatların icrası, bütün vergi hesabatlarının göndərilməsi; Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək; Vergi risklərinin idarə olunması və vergi planlaşdırmasının həyata keçirilməsi; Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək; Debitor və kreditor hesablaşmaları aparmaq; Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi; “İnternet bankçılıq” üzrə əsas əməliyyatların (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası) aparılması; Borcların təhlili və sifarişçilərlə borcların bağlanmasına dair qabağlayıcı tədbirlərin görülməsi; Materialların uçotunun aparılması, alış qaimələrinin, anbar hərəkətlərinin işlənməsi; Proqrama daxil edilən məlumatların layihələr üzrə bölgüsünü təmin etmək; Gündəlik və aylıq hesabatları tərtib etmək; Məhsulun (işin, xidmətin) maya dəyərinin və hesabat kalkulyasiyasının tərtib edilməsi; Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi. Mühasibatlıq komandasının idarə olunması və iş prosesinə rəhbərlik. İş şərtləri: İş günləri: 5 günlük iş qrafiki İş yeri: 25 plaza, Şəmsi Rəhimov küç Əmək haqqı müsahibə əsasında təyin olunacaq Tələblər: Cinsi: Kişi Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil; Minimum 3 il pərakəndə sahəsində təcrübəsi olmalı; PMS sertifikatının olması üstünlükdür; Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu standartları üzrə yüksək bilik; Logo Tiger proqramı və MS Excel proqramlarında yüksək səviyyədə işləmək bacarığı; Azərbaycan dilini səlis bilməli, ingilis dili arzuolunandır; Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir. Dəqiqlik və yüksək məsuliyyət; Analitik düşüncə və dəqiqlik Maliyyə analizi və hesabatların idarə olunması bacarıqları. Maraqlanan namizədlərdən mövzu hissəsində “Jooble.az - Baş Mühasib” qeyd etməklə şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.