Location: Bakı
Əsas vəzifələr: Şirkətin və brendlərin marketinq strategiyası, illik və aylıq planlarının hazırlanması və kampaniyaların icrasında iştirak etmək; Reklam, promo, mövsümi və satış stimullaşdırıcı kampaniyaları planlaşdırmaq, koordinasiya etmək və icrasına nəzarət etmək; Kampaniyaların effektivliyini KPI-lar, satış nəticələri və digər biznes göstəriciləri əsasında təhlil etmək; Bazar, istehlakçı davranışları və rəqib fəaliyyətlərini araşdırmaq, inkişaf yönümlü təkliflər hazırlamaq; Brendin kommunikasiya strategiyasının həyata keçirilməsinə dəstək olmaq, reklam agentlikləri, media və digər tərəfdaşlarla əməkdaşlığı koordinasiya etmək; Rəqəmsal Marketinq, SMM, Dizayn, E-commerce və Satış komandaları ilə koordinasiyalı işləmək; Marketinq büdcəsinin idarə olunmasına, hesabatların hazırlanmasına, yeni mağaza açılışları, məhsul təqdimatları və digər marketinq layihələrinin təşkilinə dəstək vermək; Marketinq trendlərini izləmək, innovativ həllər təklif etmək və mağazalarda həyata keçirilən marketinq fəaliyyətlərinə nəzarət etmək. İş şəraiti: Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur; İş yeri: Baş ofis, 25 plaza İş qrafiki: 5 günlük (Bazar ertəsi–Cümə, 09:00–18:00); Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi. Namizədə tələblər: Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq və s.); Mövcud sahə üzrə 2 il iş təcrübəsi (Marketinq, brend marketinqi, retail marketinq) Marketinq kampaniyalarının planlaşdırılması və icrası üzrə praktiki təcrübə; Bazar araşdırması, rəqib analizi və brend idarəçiliyi üzrə biliklər; MS Office proqramlarında (Excel, Word, PowerPoint) sərbəst işləmək bacarığı; Hesabatların hazırlanması, büdcənin idarə olunması və layihələrin koordinasiyası bacarığı; Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilmək Analitik düşüncə, yaradıcılıq, güclü ünsiyyət, təqdimat və təşkilatçılıq bacarıqları; Nəticəyönümlü, məsuliyyətli və komanda ilə effektiv işləmək bacarığı. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.