Location: Bakı
Təsvir Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması və müvafiq qərarların qəbul edilməsi işini həyata keçirmək; Təhlil prosesi dövründə müştərilərlə görüşlər və biznes ünvanlarına baxış keçirmək; Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində baş verən dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək; Kreditin Strukturlaşdırılması funksiyasının davamlı inkişafını təmin etmək və işin axışını sürətləndirmək üçün ən uyğun yanaşmanın tətbiq edilməsi və müvafiq təkliflərin verilməsi. Tələblər Ali təhsil (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas); Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi; CFA və ya ACCA sertifikatlarının olması arzuolunandır; İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları; Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti; Məsuliyyətlilik və dəqiqlik; Təhlil, qərarvermə və ünsiyyət bacarıqları; Vakansiya növü - Tam ştat İmtiyazlar Tibbi sığorta paketi; Professional və maddi inkişaf perspektivləri; Peşəkar korporativ mühitdə işləmək imkanı; Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər; Həyat Yığım sığortasından istifadə etmək imkanı; Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.