Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Xidmət göstərilən obyektlərdə parkinq sisteminin fasiləsiz fəaliyyətinə nəzarət etmək; Xüsusi proqram təminatı vasitəsilə şlaqbaumların idarə olunmasını həyata keçirmək; Parkinq ödənişlərinin düzgün icrasına nəzarət etmək; Qaynar xəttə daxil olan zəngləri qəbul etmək və müraciətləri operativ şəkildə cavablandırmaq; Texniki nasazlıq yarandığı hallarda texniki dəstək xidməti ilə əlaqə saxlamaq və problemi ətraflı şəkildə bildirmək. İş qrafiki: 2 iş günü / 2 istirahət günü; 12 saatlıq növbəli iş rejimi: Gündüz növbəsi: 08:00–20:00 Gecə növbəsi: 20:00–08:00 Zərurət yarandıqda əməkdaşların məzuniyyətdə olduğu dövrlərdə əlavə növbələr tətbiq oluna bilər. Bu barədə əməkdaşlara əvvəlcədən məlumat verilir. Əməkhaqqı və təminatlar: Sabit əməkhaqqı – 600 AZN; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmi əmək müqaviləsi ilə işə qəbul; Əməkhaqqının bank kartı vasitəsilə ödənilməsi (bank kartı şirkət tərəfindən təmin edilir). Təlim (staj) proqramı: Müddəti – 10 gün; Təlim müddəti ödənişsizdir; Təlim prosesi ərzində əməkdaşlara tam dəstək göstərilir və zəruri izahatlar təqdim olunur. Namizədə tələblər: Azərbaycan dilini sərbəst bilmək (mütləqdir); Diqqətli, məsuliyyətli və intizamlı olmaq; Gərgin vəziyyətlərdə sakit davranmaq və operativ qərar qəbul etmək bacarığı; Kompüterdən əsas istifadə bacarıqlarına malik olmaq üstünlük hesab olunur. Qeyd: Bu vəzifə xüsusi ixtisas və ya fiziki əmək tələb etmir. Vakansiya sabit iş yeri, rahat iş şəraiti və rəsmi məşğulluq axtaran namizədlər üçün uyğun hesab olunur. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya +994 10 265 08 48 nömrəsi ilə əlaqə saxlaya bilərlər.