Yüklənir...
Location: Bakı
FAB Şirkətlər Qrupu Satış Təmsilçiləri axtarır! Vakansiya bölgələri: Bakı, Gəncə, Quba, Sabirabad, Göyçay, Lənkəran Gündən-günə inkişaf edən və bazarda mövqeyini daha da möhkəmləndirən FAB Şirkətlər Qrupu peşəkar satış komandasını genişləndirir. Əgər satış sahəsində təcrübəniz varsa, nəticəyönümlü işləməyi sevir və dinamik, inkişafyönümlü komandada karyeranızı davam etdirmək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik! Namizədə tələblər: Şəxsi avtomobilin olması (mütləqdir); "B"kateqoriyalı sürücülük vəsiqəsi; Yaş həddi: 25–45 yaş Soyuq satış sahəsində minimum 2 il iş təcrübəsi; Müştəri ehtiyaclarını düzgün analiz edərək uyğun məhsulu təqdim etmək bacarığı; Satış göstəricilərini təhlil etmək və nəticəyönümlü işləmək bacarığı; Komandada effektiv işləmək bacarığı; Güclü ünsiyyət, təqdimat və inandırma bacarığı; İnkişafa açıq, təşəbbüskar və öyrənməyə həvəsli olmaq; Məsuliyyətli, intizamlı və operativ işləmək bacarığı. Təklif etdiyimiz şərtlər: Sabit əmək haqqı: 800 AZN Aylıq bonus: 1 500 AZN-dək Yanacaq və avtomobilin amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır; İş qrafiki: 09:00 – 18:00 Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Böyüyən və uğurlu komandanın üzvü olmaq imkanı; Korporativ, sabit və dinamik iş mühiti. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Satış Təmsilçisi – Yaşayış yeri qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.