Location: Bakı
Şirkətimiz mexaniki sistemlər üzrə layihələrin hazırlanması və icrasına nəzarət edəcək Mexanika mühəndisi axtarır. Namizəd layihə və texniki sənədlərin hazırlanmasında, sahə ölçülərinin götürülməsində və tikinti-quraşdırma işlərinin layihə tələblərinə uyğunluğunun yoxlanılmasında iştirak edəcək. Təsvir Texniki və layihə sənədlərinin hazırlanmasında iştirak etmək; Dizayn əsasında layihələrin hazırlanmasına və icrasına nəzarət etmək; Tender sənədlərinin hazırlanmasında iştirak etmək; Tikinti sahəsinin mövcud vəziyyətini yoxlamaq və zəruri ölçüləri götürmək; İşlərə başlamazdan əvvəl Sifarişçi ilə layihə tələblərini müzakirə etmək; AutoCAD proqramında texniki çizimlərin hazırlanmasını həyata keçirmək; Təkliflərin və texniki tapşırıqların layihə tələblərinə uyğunluğunu yoxlamaq; BOQ və layihə hesabatlarının hazırlanmasında iştirak etmək; Layihələrin icra vəziyyəti ilə bağlı həftəlik hesabatlar hazırlamaq; Əmlaklarda icarəçilər tərəfindən həyata keçirilən tikinti-quraşdırma işlərinin müəyyən edilmiş standartlara və material tələblərinə uyğunluğuna nəzarət etmək. Tələblər Mexanika mühəndisliyi və ya əlaqəli mühəndislik ixtisası üzrə ali təhsil; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; Mexaniki sistemlər və layihə sənədlərinin hazırlanması üzrə praktiki biliklər; AutoCAD proqramında işləmək bacarığı; MS Office proqramlarında işləmək bacarığı; Texniki çizimləri oxuma və hazırlama bacarığı; BOQ və texniki sənədlərlə işləmək bacarığı; Məsuliyyətlilik, diqqətlilik və dəqiqlik; Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı. Vakansiya növü - Tam ştat İmtiyazlar "Dəyərlisən" PAŞA loyallıq proqramına üzvlük Geniş təminatlı tibbi sığorta Rəqabətli əməkhaqqı və bonus sistemi Peşəkar inkişaf imkanları və müvafiq sertifikatların əldə olunmasına dəstək Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.