Location: Bakı
İnkişaf edən zərgərlik şirkətimizə məsuliyyətli və peşəkar Mühasib axtarırıq. Vəzifə öhdəlikləri: Müəssisənin mühasibat və vergi uçotunun aparılması; Vergi, statistika və digər məcburi hesabatların hazırlanması və təqdim edilməsi; Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması; İşçilərin işə qəbulu, işdən azad edilməsi və ƏMAS (Əmək Müqavilələrinin Elektron Aktivləşdirmə Sistemi) üzrə əməliyyatların aparılması, müvafiq əmrlərin (əmirlərin) rəsmiləşdirilməsi; Vergi və digər məcburi ödənişlərin düzgün hesablanması və vaxtında ödənilməsinin icrası və nəzarət; İlkin mühasibat sənədlərinin (hesab-faktura, akt, qaimə, müqavilə və s.) düzgünlüyünün yoxlanılması və icra edilməsi; Bank əməliyyatlarının aparılması və pul vəsaitlərinin hərəkətinə nəzarət; Təchizatçılar, müştərilər və podratçılarla hesablaşmaların uçotu və üzləşmələrin aparılması; Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və şirkət xərclərinin uçotunun aparılması; 1C proqramında əməliyyatların düzgün əks etdirilməsi və nəzarət (mühasibat uçotu ilə yanaşı, 1C proqram paketinin satış və ticarət idarəetməsi modulu üzrə malların anbar uçotu, satışı, qalıqlarının izlənilməsi və işlənməsi daxil olmaqla); İnventarizasiya prosesində iştirak və nəticələrin uçotda əks etdirilməsi; Rəhbərlik üçün maliyyə hesabatlarının hazırlanması; Vergi orqanları, banklar və auditorlarla əməkdaşlıq; Mühasibat və vergi qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət; Zərgərlik məmulatlarının, qiymətli metalların və anbar qalıqlarının uçotuna nəzarət; İstehsal, təmir, satış və zərgərlik məmulatlarının hərəkəti ilə bağlı sənədlərin düzgün rəsmiləşdirilməsinin təmin edilməsi və buna nəzarət; Vəzifə üzrə digər tapşırıqların yerinə yetirilməsi. Tələblər: Mühasibat uçotu sahəsində ali təhsil; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; 1C proqramını sərbəst səviyyədə bilmək; Vergi və əmək qanunvericiliyini yaxşı bilmək; Analitik düşüncə, məsuliyyət və detallara diqqət; Zərgərlik sahəsində iş təcrübəsi üstünlükdür Azərbaycan dilini sərbəst bilmək, rus dili biliyi üstünlükdür. Biz təklif edirik: Stabil və inkişaf edən şirkətdə iş; Peşəkar inkişaf imkanı; Rahat iş mühiti; Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Əlaqə +994 50 777 27 70 [email protected]