SMM Mütəxəssisi (Social Media Specialist) - Finekspertiza Group MMC

Location: Bakı

​Konsaltinq və audit xidmətləri sahəsində yüksək keyfiyyətdə xidmət göstərən müəssisəmizə, brendimizin rəqəmsal platformalarda mövqeyini gücləndirəcək zəngin iş təcrübəsinə malik SMM mütəxəssisi axtarırıq. ​Vəzifə öhdəlikləri: Sosial media hesablarının (Facebook, Instagram, LinkedIn, Telegram və s.) idarə olunması və inkişaf etdirilməsi. B2B və korporativ sektora uyğun aylıq SMM strategiyasının və kontent planının (post, reels, story) hazırlanması. Şirkətin xidmətlərinə (audit, konsaltinq və s.) uyğun maarifləndirici, cəlbedici vizual və mətn məzmunlarının yaradılması. Hədəf kütləyə uyğun reklam kampaniyalarının (Meta Ads, LinkedIn Ads) qurulması, büdcənin idarə edilməsi və optimallaşdırılması. Daxil olan rəy və mesajların vaxtında və peşəkar şəkildə cavablandırılması. Sosial media göstəricilərinin (reach, engagement, conversion) analizi və aylıq hesabatların hazırlanması. ​Tələblər: Xidmət/B2B/Konsaltinq sahəsində SMM üzrə ən azı 2-3 il iş təcrübəsi (Portfel göstərilməsi mütləqdir). Azərbaycan dilində səlis və qrammatik baxımdan düzgün yazı qabiliyyəti (Rus və ya ingilis dili biliyi üstünlükdür). Meta Ads Manager və LinkedIn Ads ilə işləmək təcrübəsi. Əsas dizayn və video redaktə proqramlarından (Canva, CapCut, Photoshop və ya Premiere) istifadə bacarığı. Korporativ etikaya yiyələnmə, yüksək məsuliyyət və vaxtı idarəetmə qabiliyyəti. ​İş şərtləri: İş qrafiki: 5 günlük, 09:00 – 18:00. Əməkhaqqı: Namizədin biliyinə, təcrübəsinə və portfelinə əsasən razılaşma yolu ilə müəyyən olunur. Maraqlanan namizədlər öz CV-lərini və fəaliyyətlərini əks etdirən portfellərini mövzu hissəsində "SMM Mütəxəssisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. ​Qeyd: Yalnız portfeli olan və tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.