Location: Baki
Bilməlidir: Azərbaycan dili, İngilis dili və Rus dili; Opera programı bilmək üstünlükdür. Bacarmalıdır: Ünsiyyət bacarığı; Analitik düşüncə qabiliyyəti; Operativlik; Diqqətcil olmaq; Məsuliyyət səriştəsinə sahib olmaq. Xüsusi tələb: Satış və ya ictimaiyyətlə əlaqələrdə, tərcihən qonaqpərvərlik və ya səyahət sahəsində iş təcrübəsi Gözlənilən davranışlar: Nizam-intizam; Stresə dözümlülük; Gülərüz və mehriban olmaq; Komanda ilə işləmək bacarığı; Dəyişkən iş qrafik və 3 növbəli işrejiminə uyğunlaşmaq; Səliqəli görünüm; Yeniliklərə açıq olmaq Vəzifə öhdəlikləri: Mehmanxananın SOP-si nəzərə alınmaqla qonaqlara xidmət göstərmək; Qonaqların səyahət edəcəyi tarixlərdə tələb olunarsa onları qarşılamaq, nəqliyyatın təşkil olunmasını təmin etmək; Ödənişlərin həyata keçirilməsi təsdiq məlumlarının qonaqlara ötürülməsi; Rezervasiyalar zamanı yaranan sıxlıqları idarəetmə bacarığı; Rezervasiya zamanı yaranan problemlərin çevik həlli; Qonaqların rezervasiya ilə bağlı suallarını cavablandırmaq; Müvafiq hallarda qonaqlara əlavə xidmətlər və ya xüsusi paketlər barədə məlumat verməklə məlumatlandırmaq; Rezervasiyada dəyişiklik etməli və ya ləğv etməsi lazım olabiləcək qonaqlara dəstək vermək; İş qrafiki: 3 növbəli iş rejimi (Növbəli iş qrafiki) Əmək haqqı: Müsahibə zamanı bildiriləcək. Nahar şirkət tərəfindən verilir; İşçilər üçün servis şirkət tərəfindən təmin edilir (Koroğlu, Binə və Mərdəkan istiqamətində); Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu. Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Qonaq xidməti üzrə agent” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət maili recruitment@flyinn.az