Yüklənir...
Location: Bakı
FM Consulting magistrant təcrübəçilərin qəbulunu elan edir! Qiymətləndirmə sahəsində real təcrübə qazanmaq, peşəkar biliklərə yiyələnmək və uğurlu karyeraya başlamaq istəyirsiniz? FM Consulting çalışqan, məsuliyyətli və inkişaf etməyə həvəsli magistrantları təcrübə proqramına dəvət edir. Əsas vəzifələr: qiymətləndirmə hesabatlarının hazırlanmasına kömək etmək; bazar məlumatlarını toplamaq və təhlil etmək; daşınmaz əmlak və digər aktivlər üzrə analoqlar axtarmaq; cədvəllər, hesablamalar və işçi sənədlər hazırlamaq; obyektlərə baxış və fotoqeydiyyat prosesində iştirak etmək; qiymətləndirmə metodlarını praktiki şəkildə öyrənmək. Kimləri axtarırıq? maqistratura pilləsində təhsil alan şəxsləri; çalışqan, intizamlı və məsuliyyətli namizədləri; öyrənməyə və komanda ilə işləməyə hazır olanları; rəqəmlər və sənədlərlə diqqətli işləyənləri; şəxsi və peşəkar inkişaf etmək istəyənləri; Microsoft Word və Excel proqramlarında işləmə bacarığı olanları. Biz nə təklif edirik? qiymətləndirmə sahəsində real praktiki təcrübə; müxtəlif obyekt və layihələrlə işləmək imkanı; peşəkar qiymətləndiricilər tərəfindən mentor dəstəyi; analitik və peşəkar bacarıqların inkişafı; gələcək karyera yüksəlişi imkanı. Təcrübə müddətində özünü çalışqan, məsuliyyətli və inkişaf yönümlü namizəd kimi göstərən şəxslər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmi işlə təmin edilə bilərlər. Şirkətin fəaliyyəti Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir: https://e-qanun.az/framework/55994 Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r . Karyeranıza FM Consulting ilə başlayın!