Surveyor - Focus Engineering & Construction MMC

Location: Bakı

"Focus Engineering & Construction" MMC, həyata keçirdiyimiz iri miqyaslı mühəndislik və infrastruktur layihələrində çalışmaq üçün məsuliyyətli, analitik düşüncəyə malik və səyyar iş rejiminə uyğunlaşa biləcək Surveyor axtarırıq. Namizədə dair tələblər: Geodeziya, Topoqrafiya, Yerquruluşu və Kadastr və ya müvafiq sahə üzrə ali təhsil; Survey və geodeziya işləri üzrə minimum 3 il iş təcrübəsi; GPS/GNSS, Total Station, Nivelir və digər ölçmə avadanlıqları ilə işləmək bacarığı; ArcGIS, QGIS və ya digər GIS proqram təminatlarından istifadə bacarığı; Məkan məlumatlarının emalı və xəritələşdirilməsi üzrə biliklər; AutoCAD, Civil 3D və digər müvafiq proqram təminatlarından istifadə bacarığı; Ölçmə nəticələrinin emalı və texniki sənədlərin hazırlanması üzrə biliklər; Komandada işləmək, məsuliyyətlilik və operativ qərarvermə bacarığı; Ezamiyyət rejimində işləmək imkanı; İngilis və ya rus dillərindən birini bilmək üstünlükdür. Vəzifə öhdəlikləri: Layihə sahələrində geodeziya və survey ölçmə işlərinin həyata keçirilməsi; Koordinat və hündürlük ölçmələrinin aparılması və məlumatların emalı; Topoqrafik planların, icra sxemlərinin və ölçmə hesabatlarının hazırlanması; Tikinti işlərinin layihəyə uyğunluğunun geodeziya baxımından yoxlanılması; Ölçmə avadanlıqlarının kalibrlənməsi və düzgün istismarının təmin edilməsi; Layihə və tikinti komandaları ilə koordinasiyalı şəkildə işləmək. Geodeziya və survey məlumatlarının GIS platformalarında emalı və təhlilini həyata keçirmək; GIS məlumat bazalarının yaradılması, yenilənməsi və layihə komandası ilə koordinasiyalı şəkildə idarə olunmasında iştirak etmək. Əmək haqqı və şərtlər: Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur; Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə. Tələblərə uyğun namizədlərdən CV-lərini, emailin mövzu hissəsində “Surveyor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt   ünvanına göndərmələri xahiş olunur.  Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.