Location: Bakı
"Focus Engineering & Construction" MMC, həyata keçirdiyimiz iri miqyaslı mühəndislik və infrastruktur layihələrində çalışmaq üçün məsuliyyətli, analitik düşüncəyə malik və səyyar iş rejiminə uyğunlaşa biləcək Topoqraf axtarırıq. Namizədə dair tələblər: Geodeziya, Topoqrafiya, Yerquruluşu və Kadastr və ya müvafiq sahə üzrə ali təhsil; Topoqrafik ölçmə işləri üzrə ən azı 3 il iş təcrübəsi GPS/GNSS, Total Station, Nivelir və digər geodeziya avadanlıqları ilə işləmək bacarığı; ArcGIS, QGIS və ya digər GIS proqram təminatlarından istifadə bacarığı üstünlükdür; AutoCAD, Civil 3D və ya digər geodeziya proqramlarından istifadə bacarığı; Topoqrafik planların və icra sxemlərinin hazırlanması üzrə biliklər; Komandada işləmək bacarığı, məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti; Ezamiyyət rejimində işləmək imkanının olması; İngilis və ya rus dillərindən birini bilmək üstünlükdür. Vəzifə öhdəlikləri: Layihə sahələrində topoqrafik və geodeziya ölçmə işlərinin aparılması; GPS/GNSS, Total Station və digər geodeziya cihazları vasitəsilə koordinat və hündürlük ölçmələrinin həyata keçirilməsi; Topoqrafik planların, xəritələrin və icra sxemlərinin hazırlanması; Ölçmə nəticələrinin emalı, təhlili və texniki hesabatların hazırlanması; Tikinti prosesində geodeziya nəzarətinin həyata keçirilməsi; Layihə və tikinti komandaları ilə koordinasiyalı şəkildə işləmək; Geodeziya avadanlıqlarının düzgün istismarının və saxlanmasının təmin edilməsi. Topoqrafik və geodeziya məlumatlarının GIS mühitində emalı, təhlili və yenilənməsində iştirak etmək; Layihələr üzrə GIS məlumat bazalarının hazırlanmasına və idarə olunmasına dəstək vermək. Əmək haqqı və şərtlər: Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur; Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə. Tələblərə uyğun namizədlərdən CV-lərini, emailin mövzu hissəsində “Topoqraf” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.