Layihə rəhbəri - Fortis Construction

Location: Bakı

Vəzifə öhdəlikləri : Tikinti layihələrinin planlaşdırılması, təşkili və ümumi idarə olunması Layihənin büdcə, vaxt qrafiki və keyfiyyət göstəricilərinə uyğun icrasının təmin edilməsi Layihə sənədlərinin (plan, işçi cizgilər, smeta və s.) koordinasiyası və nəzarəti Tikinti sahəsində görülən işlərə gündəlik və mütəmadi nəzarət Podratçı və subpodratçıların işinin təşkil edilməsi və nəzarətdə saxlanılması Mühəndis, memar, texniki nəzarətçi və digər mütəxəssislərlə koordinasiyalı işin qurulması Material və texniki resursların vaxtında təmin edilməsinə nəzarət Layihə üzrə risklərin müəyyən edilməsi və operativ həllərin verilməsi Dövlət tikinti norma və qaydalarına əməl olunmasının təmin edilməsi Layihənin mərhələlər üzrə icrasına dair rəhbərliyə mütəmadi hesabatın verilməsi Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət ​​​​​​​Tələblər: Ali təhsil (İnşaat mühəndisliyi, Memarlıq və ya müvafiq sahə üzrə) Tikinti sahəsində minimum 5-7 il iş təcrübəsi Layihə idarəetməsi sahəsində təcrübə Tikinti norma və standartlarını yaxşı bilməsi Smeta, büdcə və vaxt qrafiki ilə işləmə bacarığı AutoCAD və MS Office proqramlarında işləmə bacarığı Liderlik, təşkilatçılıq və qərarvermə bacarığı Komanda idarəetmə təcrübəsi Azərbaycan dili səlis, rus və ingilis dili biliyi arzuolunandır Məsuliyyətli, operativ və nəticəyönümlü yanaşma İş şəraiti İş qrafiki: Tam ştat Əmək haqqı: Razılaşma yolu ilə CV-lərinizi mövzu hissəsində “Layihə rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.