Location: Bakı
Vəzifə öhdəlikləri Layihə sənədlərinin (çertyojlar, spesifikasiyalar, BOQ və s.) hazırlanması və yoxlanılması. Tikinti prosesinə uyğun iş həcmlərinin hesablanması Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması. İcra sənədlərinin hazırlanması və yenilənməsi. Tender sənədlərinin hazırlanmasında iştirak və təkliflərin analiz edilməsi. Subpodratçıların təqdim etdiyi texniki sənədlərin yoxlanılması və təsdiqə təqdim edilməsi. Layihə dəyişikliklərinin hesablanması və sənədləşdirilməsi. Materialların spesifikasiyasının hazırlanması və uyğunluğunun yoxlanılması. Tikinti sahəsi ilə texniki ofis arasında koordinasiyanın təmin edilməsi. Müqavilə şərtlərinə uyğun işlərin icrasına nəzarət. İş proqramlarının hazırlanmasında və izlənilməsində iştirak. Layihə üzrə texniki arxiv və sənəd dövriyyəsinin idarə olunması. Tələblər İnşaat mühəndisliyi üzrə ali təhsil Minimum 2-4 il texniki ofis və ya oxşar sahədə iş təcrübəsi AutoCAD, Excel, (üstünlük: Primavera və ya MS Project) bilikləri Tikinti norma və qaydalarını bilmək Analitik düşünmə və hesablama bacarığı Komanda ilə işləmək və məsuliyyətlilik İş şəraiti İş qrafiki: Tam ştat Əmək haqqı: Razılaşma yolu ilə CV-lərinizi mövzu hissəsində “Layihə rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.