Yüklənir...
Location: Bakı
Şirkətimiz komandanı gücləndirmək üçün təcrübəli və yaradıcı Marketinq Meneceri vəzifəsi üzrə işçi axtarışındadır. Əgər siz brend inkişafına, rəqəmsal marketinqə və məhsulun bazarda uğurlu təqdim olunmasına töhfə vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik. Vəzifə öhdəlikləri: Şirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi. Brendin bazarda tanınması və inkişafı üzrə fəaliyyətlərin planlaşdırılması. Rəqəmsal marketinq kampaniyalarının (sosial media, SEO, kontent marketinqi) idarə olunması. Bazar araşdırmalarının aparılması və rəqiblərin təhlili. Marketinq büdcəsinin planlaşdırılması və effektiv istifadəsinin təmin edilməsi. Satış və digər departamentlərlə əməkdaşlığın qurulması. Marketinq fəaliyyətlərinin nəticələrinin analiz edilməsi və hesabatların hazırlanması. Yeni məhsul və xidmətlərin bazara çıxarılması prosesində iştirak. Kontent hazırlanması (qrafik dizayn və real çəkilişlər – Instagram üçün reels və foto materialları). Peşəkar foto və video çəkiliş avadanlığı şirkət tərəfindən təmin olunacaq. Instagram mesajları vasitəsilə müştərilərlə əlaqələrin idarə edilməsi. Wolt Merchant tətbiqində müştəri məmnuniyyətinin idarə olunması. Promosion tədbirlərinin təşkili və hesabatlılığı. Müxtəlif məhsul kateqoriyaları üzrə marketinq: ərzaq məhsulları, market (mall) məhsulları, içkilər, dondurma və desertlər, qəhvə və isti içkilər. Şirkətin ERP sistemi vasitəsilə məhsul idarəetməsi – yeni bundle-lar, qiymət artımı və digər dəyişikliklər zamanı. Trendlərdən xəbərdar olmaq və müvafiq təklifləri direktora çatdırmaq. Məhsul biliyi. İnfluenserlərlə iş təcrübəsi. Tələblər: Marketinq, İdarəetmə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil. Marketinq sahəsində minimum 3 il iş təcrübəsi (menecer səviyyəsində üstünlükdür). Rəqəmsal marketinq alətləri (Google Analytics, Meta Ads, SEO/SEM) üzrə biliklər. Analitik düşüncə tərzi və strateji planlaşdırma bacarığı. Azərbaycan dilində sərbəst, ingilis və/və ya rus dilini bilmək üstünlükdür. Komanda ilə işləmək bacarığı və yüksək ünsiyyət qabiliyyəti. Yaradıcılıq, təşəbbüskarlıq və nəticəyönümlülük. Vizual uyğunluq biliyi – rənglər, simmetriya, brendbuk və s. Tədbir (event) idarəetməsi təcrübəsi. Reels hazırlanması, video və foto redaktəsi bacarıqları. Kontent hazırlanması və hesabatlılıq üçün AI alətlərindən istifadə təcrübəsi. Trend analizi və trendlərin musiqi/səs istiqamətində dərindən bilinməsi. Sahə və məhsula xas biliklər. İnfluenser marketinqi üzrə biliklər. Şirkət nə təklif edir: Rəqabətqabiliyyətli əmək haqqı. Peşəkar inkişaf və təlim imkanları. Dostluq mühiti və dinamik komanda. Karyera yüksəlişi imkanları. Müraciət qaydası: Maraqlanan namizədlər CV-lərini "Marketinq Meneceri" vəzifəsinin adını qeyd edərək aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər. E-mail: info@mochiki.az