Location: Bakı
GeoProbe MMC olaraq, müxtəlif növ yük və sərnişin avtomobillərini təhlükəsiz şəkildə idarə edə biləcək, məsuliyyətli və təcrübəli Sürücü axtarırıq. Namizədə dair tələblər: Sürücülük vəsiqəsi (B, C və E kateqoriyaları üzrə); Müvafiq sahədə minimum 5 il iş təcrübəsi; Yük daşıma və sərnişin daşınması sahəsində təcrübə; Yol təhlükəsizliyi qaydalarına riayət etmək və müvafiq sənədlərlə işləmək bacarığı; Fiziki sağlamlıq və stressə davamlılıq; Yüksək məsuliyyət və diqqətlilik. Vəzifə öhdəlikləri: B və C kateqoriyası avtomobillərinin idarə edilməsi; Yük daşınması və nəqliyyatın vaxtında və təhlükəsiz şəkildə yerinə yetirilməsi; Avtomobilin texniki vəziyyətinin yoxlanılması və lazım gəldikdə kiçik təmir işlərinin görülməsi; Nəqliyyatın səliqəli və təmiz saxlanılması; Yol sənədlərinin düzgün tərtib edilməsi. Əmək haqqı və şərtlər: Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur. Rəsmi əmək müqaviləsi və əmək qanunvericiliyinə uyğun sənədləşmə. Tələblərə uyğun namizədlərdən CV-lərini , emailin mövzu hissəsində “Sürücü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.