Yüklənir...
Location: Bakı şəhəri
Struktur şöbə/bölmə: Maliyyə şöbəsi Vəzifə öhdəlikləri: Cəmiyyətin işçilərinin əmək haqqı, mükafat və digər ödənişlərinin qanunvericiliyə uyğun və dəqiq hesablanmasını təmin etmək; Məzuniyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər məlumatlar əsasında ödənişlərin icrasını həyata keçirmək; Əmək haqqı üzrə məlumatların vaxtında və düzgün şəkildə müvafiq elektron sistemlərə daxil edilməsini təmin etmək; Aylıq, rüblük və illik əmək haqqı hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək; Əmək haqqı və digər maliyyə məlumatlarının məxfiliyini təmin etmək; Rüblük Vahid bəyannaməni hazırlamaq və Vergi orqanına təqdim olunmasını təmin etmək İşçilərin əmək haqqı və ödənişlərlə bağlı müraciətlərini qanunvericiliyə uyğun şəkildə cavablandırmaq İşçinin işdən azad olunması zamanı son haqq-hesabın qanunvericiliyə uyğun olaraq hesablanmasını və ödənilməsini təmin etmək; İşdən azad olunmuş işçilərlə bağlı dövlət qurumlarının sorğuları əsasında müvafiq arayış və hesablama sənədlərini hazırlamaq; Məhkəmə və icra sənədləri əsasında əmək haqqından tutulmaları icra etmək və aidiyyəti qurumlara vaxtında məlumat vermək; Avans və ezamiyyə ödənişlərinin Cəmiyyətin daxili prosedurlarına uyğun şəkildə icrasını təmin etmək; DSMF tərəfindən ödənilən müavinətlərin elektron sistemlərdə vaxtında işlənməsini və müvafiq hesabatların hazırlanmasını təmin etmək; Vergilər, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumat və hesabatları hazırlamaq. Namizədə dair tələblər: Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə); Əmək haqqı üzrə mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi; Azərbaycan Respublikası Əmək Məcəlləsi, vergi və sosial sığorta qanunvericiliyini yaxşı səviyyədə bilmək; 1C (8.3) və MS Office proqramlarında sərbəst işləmə bacarığı; Analitik düşünmə, dəqiqlik və yüksək məsuliyyət hissi; Məxfi məlumatlarla işləmə bacarığı. Əlavə məlumat: Sənədləşmə Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun aparılır; İş rejimi: I–V günlər, 09:00–18:00; Nahar fasiləsi: 13:00–14:00; Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir. İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi Vakansiya ilə maraqlanan namizədlər mövzu hissəsində “Əmək haqqı üzrə mühasib” qeyd edərək CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciət maili Nurtac.Suleymanli@gesco.az