Yüklənir...
Location: Bakı
Struktur şöbə/bölmə: Təchizat və Logistika Departamenti Vəzifə öhdəlikləri: Satınalma üzrə sənədlərin düzgün və sistemli şəkildə hazırlanması, qeydiyyatı və arxivləşdirilməsini həyata keçirmək; Satınalma şöbəsinə aid məktubların hazırlanması və qeydiyyatını aparmaq; Satınalma ilə bağlı təhvil-təslim aktlarının hazırlanmasını təmin etmək; Satınalma sənədlərinin surətlərinin çıxarılması, elektronlaşdırılması və sistemləşdirilməsini həyata keçirmək; 1C proqramında şöbəyə yönləndirilən və təchizatçılara edilən sifarişlərin reyestr üzrə qeydiyyatını aparmaq; Hesab-faktura, qaimə-faktura və digər ödəniş sənədlərini qəbul etmək, yoxlamaq və Maliyyə şöbəsinə təqdim etmək; Standart alqı-satqı müqavilələrinin hazırlanmasında iştirak etmək; Təchizatçıların ilkin qiymətləndirilməsi və fəaliyyətlərinin vaxtında qiymətləndirilməsi prosesinə dəstək göstərmək; Satınalma sənədləri üzrə məlumatların elektron bazaya daxil edilməsini və aktuallığının qorunmasını təmin etmək; Sənədlərin məxfilik, düzgünlük və müəyyən edilmiş prosedurlara uyğunluğunu təmin etmək; Təchizat və logistika prosesləri üzrə sənəd dövriyyəsinin operativliyinə nəzarət etmək; Rəhbərliyin tapşırığına əsasən digər sənədləşmə və inzibati işləri yerinə yetirmək. Namizədə dair tələblər: İqtisadiyyat, təchizat, maliyyə üzrə ali təhsil; Müvafiq sahədə minimum 1 il iş təcrübəsi; MS Office və 1C (8.3) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı; B1-B2 səviyyəsində inglis dili biliyi; Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq; Yüksək kommunikasiya bacarığı, operativ qərarvermə və analitik düşünmə qabiliyyəti Əlavə məlumat: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; İş rejimi: I–V günlər, 09:00–18:00; Nahar fasiləsi: 13:00–14:00; Əmək haqqı: 700 AZN (NET) İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sənədləşmə üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.