Satınalma Meneceri - Giltex

Location: Bakı

Satınalma Meneceri Vəzifənin qısa təsviri: Satınalma Meneceri şirkətin strateji məqsədlərinə uyğun olaraq satınalma fəaliyyətinin effektiv idarə olunmasına, mal və xidmətlərin vaxtında, keyfiyyət standartlarına uyğun və optimal xərc şərtləri ilə təmin edilməsinə rəhbərlik edir. Bu vəzifə birbaşa Təchizat Zəncirinin Direktoruna hesabat verir və satınalma strategiyasının icrası, təchizatçı münasibətlərinin idarə olunması, xərclərin optimallaşdırılması, risklərin azaldılması və satınalma komandasının inkişafına cavabdehdir. Vəzifə yüksək kommersiya düşüncəsinə, strateji baxışa və güclü liderlik bacarıqlarına malik, satınalma qərarlarının istehsalın davamlılığına, maliyyə nəticələrinə və biznesin ümumi səmərəliliyinə təsirini dəyərləndirə bilən peşəkar üçün nəzərdə tutulmuşdur. Əsas vəzifə öhdəlikləri: Təsdiq edilmiş satınalma strategiyasına və şirkətin məqsədlərinə uyğun olaraq satınalma fəaliyyətini həyata keçirmək. Yerli və beynəlxalq təchizatçıların axtarışı, qiymətləndirilməsi, seçilməsi, danışıqların aparılması və müqavilələrin idarə edilməsinə rəhbərlik etmək. Təsdiq edilmiş satınalma tələblərinin müəyyən edilmiş xidmət səviyyəsi razılaşmalarına  uyğun olaraq vaxtında satınalma sifarişlərinə çevrilməsini təmin etmək. Effektiv danışıqların aparılması, strateji satınalma yanaşmaları və təchizatçıların inkişafı vasitəsilə davamlı xərc optimallaşdırılmasına nail olmaq. İstehsal və biznes fəaliyyətinin fasiləsizliyini təmin etmək məqsədilə xammal, kimyəvi maddələr, ehtiyat hissələri, qablaşdırma materialları və xidmətlərlə fasiləsiz təchizatı təmin etmək. Müəyyən edilmiş KPI-lar əsasında təchizatçıların fəaliyyətini qiymətləndirmək, satınalma proseslərində yaranan əməliyyat problemlərini operativ şəkildə həll etmək. Yeni təchizat imkanlarını müəyyən etmək, alternativ təchizatçıları araşdırmaq və təchizat risklərini minimuma endirmək məqsədilə bazar təhlilləri və təchizatçı müqayisələri aparmaq. Satınalma siyasətlərinə, prosedurlarına, daxili nəzarət qaydalarına və səlahiyyət limitlərinə tam uyğunluğu təmin etmək. Yüksək performans və davamlı inkişafın təmin edilməsi məqsədilə satınalma komandasına rəhbərlik etmək, əməkdaşların inkişafını dəstəkləmək və onların fəaliyyətini qiymətləndirmək. Təchizat Zəncirinin Direktoru üçün satınalma fəaliyyəti üzrə hesabatlar, performans dashboardları və KPI analizlərini hazırlamaq və təqdim etmək. Satınalma qərarlarının şirkətin biznes məqsədlərinə uyğunluğunu təmin etmək üçün İstehsalat, Planlama, Maliyyə, Anbar və Keyfiyyət komandaları ilə sıx əməkdaşlıq etmək. Tələb olunan kvalifikasiyalar: Təchizat Zəncirinin İdarəedilməsi, Biznesin İdarəedilməsi, Mühəndislik və ya digər müvafiq ixtisas üzrə bakalavr təhsili. Magistr dərəcəsinə malik olmaq üstünlük hesab edilir. Satınalma sahəsində minimum 5–7 il iş təcrübəsi, o cümlədən ən azı 2–3 il rəhbər vəzifədə və ya komanda idarəçiliyi sahəsində təcrübə. Güclü kommersiya və biznes düşüncəsinə malik olmaq, satınalma qərarlarının maliyyə və əməliyyat nəticələrinə təsirini qiymətləndirmək bacarığı. Strateji satınalma, təchizatçılarla danışıqların aparılması və müqavilələrin idarə edilməsi sahəsində təsdiqlənmiş iş təcrübəsi. Satınalma prosesləri, təchizatçı münasibətlərinin idarə edilməsi və ehtiyatların (inventarın) planlaşdırılması üzrə yüksək səviyyədə bilik. Güclü analitik düşüncə, danışıqlar aparmaq, problem həll etmə və qərarvermə bacarıqları. ERP sistemləri ilə işləmək təcrübəsi, Microsoft Excel proqramını yüksək səviyyədə bilmək; Power BI biliyi üstünlük hesab edilir. Güclü ünsiyyət, əməkdaşlıq və maraqlı tərəflərlə (stakeholder) münasibətlərin effektiv idarə edilməsi bacarığı. Azərbaycan və ingilis dillərini peşəkar səviyyədə bilmək. Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Procurement Manager Role Synopsis: The Procurement Manager leads procurement activities in line with the company’s strategic objectives, ensuring the timely provision of goods and services in accordance with quality standards and at optimal cost. Reporting directly to the Supply Chain Director, the role is responsible for implementing the procurement strategy, managing supplier relationships, optimizing costs, mitigating risks, and developing the procurement team. This position is intended for a professional with strong commercial acumen, strategic vision, and leadership skills who can assess the impact of procurement decisions on production continuity, financial results, and overall business efficiency. Key Accountabilities: Execute procurement activities in line with the approved procurement strategy and organizational objectives.  Lead sourcing, supplier evaluation, negotiations, selection, and contract management for local and international suppliers.  Ensure approved purchase requisitions are converted into purchase orders within agreed service level agreements (SLAs).  Achieve sustainable cost optimization through effective negotiations, strategic sourcing, and supplier development initiatives. Ensure uninterrupted supply of raw materials, chemicals, spare parts, packaging materials, and services to support production and business operations.  Evaluate supplier performance based on defined KPIs and promptly resolve operational issues arising in procurement processes. Conduct market research and supplier benchmarking to identify new sourcing opportunities and mitigate supply risks.  Ensure full compliance with procurement policies, procedures, internal controls, and delegated authority limits.  Lead the procurement team, support employee development, and evaluate team members’ performance to ensure high performance and continuous improvement. Prepare and present procurement reports, performance dashboards, and KPI analyses for the Supply Chain Director. Collaborate closely with Production, Planning, Finance, Warehouse, and Quality teams to ensure procurement decisions support business objectives. Desired background: Bachelor's degree in Supply Chain Management, Business Administration, Engineering, or a related field. Master's degree is an advantage.  Minimum 5–7 years of procurement experience, including at least 2–3 years in a managerial or team leadership role.  Strong commercial and business acumen, with the ability to evaluate the financial and operational impact of procurement decisions. Proven experience in strategic sourcing, supplier negotiations, and contract management.  Excellent knowledge of procurement processes, supplier relationship management, and inventory planning.  Strong analytical, negotiation, problem-solving, and decision-making skills.  Experience working with ERP systems and advanced proficiency in Microsoft Excel; Power BI knowledge is an advantage.  Excellent communication, collaboration, and stakeholder management skills. Professional proficiency in English and Azerbaijani. Candidates who meet the above requirements are invited to send their CVs to the e-mail address in the Apply for job button.