Yüklənir...
Location: Bakı
"GL" ASC (Sizin Lombard) Şəmkir şəhərində yerləşən filial üzrə Filial Meneceri vakansiyası elan edir! Əsas vəzifə öhdəlikləri: Filial əməkdaşlarının fəaliyyətinə və təqdim olunan kreditlərin icrasına nəzarət etmək; Kredit portfelinin keyfiyyətinə nəzarət və vaxtında ödənişlərin təmin olunmasına şərait yaratmaq; Yeni kredit və satış metodlarının tətbiqi ilə bağlı təşəbbüslərlə çıxış etmək; Kreditlərin təsnifləşdirilməsi və Kredit Komitəsinə təqdim olunmasını təşkil etmək; Problemli kreditlərlə bağlı hesabatlar hazırlamaq və aidiyyəti şöbələrə təqdim etmək; Filial üzrə müəyyən edilmiş hədəflərə nail olmaq və Baş Ofis ilə səmərəli əməkdaşlıq etmək. Namizəddən tələblər: Maliyyə, kredit və ya satış sahəsində rəhbər vəzifədə minimum 1 il iş təcrübəsi ;; Ali təhsil; Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı; Yaş həddi: 30–50 ; Fərdi və komanda ilə işləmə bacarığı, təşəbbüskarlıq və məsuliyyətlilik. İş şəraiti və təkliflər: İş qrafiki: Bazar ertəsi – Cümə / 09:00 – 18:00 Əməkhaqqı: Razılaşma yolu ilə Əlavə olaraq əməkhaqqının iki mislinə qədər bonus alma imkanı. Peşəkar inkişaf və karyera yüksəlişi perspektivləri Qeyd: Filialın kateqoriyası qalxdıqca əməkhaqqı da mütənasib şəkildə artacaq. Tələblərə cavab verən namizədlərdən “Filial Meneceri (Şəmkir)” başlığı ilə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq. Göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında qorunur.