Geodeziya mühəndisi - Global Activity MMC

Location: Bakı

Vəzifə öhdəlikləri: Tikinti sahələrində geodeziya ölçmələrinin aparılması; Topoqrafik planların hazırlanması və yerində ölçmə işlərinin həyata keçirilməsi; Tikinti layihələrinin geodeziya hissəsinin icrasına nəzarət edilməsi; Layihə koordinatlarının sahəyə köçürülməsi və dəqiqliyinin yoxlanılması; İcra sxemlərinin və geodeziya hesabatlarının hazırlanması; Geodeziya cihazlarının (Total Station, GPS/GNSS, Nivelir və s.) düzgün istismarı və saz vəziyyətdə saxlanılması; Ölçmə nəticələrinin emalı və AutoCAD, Civil 3D və digər müvafiq proqramlarda işlənilməsi; Tikinti prosesində yaranan uyğunsuzluqlar barədə rəhbərliyə məlumat verilməsi; Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi. Tələblər: Geodeziya, kartoqrafiya, inşaat mühəndisliyi və ya uyğun ixtisas üzrə ali təhsil; Müvafiq sahədə minimum 2 il iş təcrübəsi; Total Station, GPS/GNSS və digər geodeziya avadanlıqları ilə işləmək bacarığı; AutoCAD, Civil 3D və MS Office proqramlarında sərbəst işləmək bacarığı; Tikinti layihələri üzrə geodeziya işlərinin aparılması təcrübəsi; Analitik düşünmə, məsuliyyətlilik və dəqiqlik; Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.