Yüklənir...
Location: Bakı
Əsas vəzifələr : Cəmiyyətin tikinti sahələrində həyata keçirilən layihələrin planlaşdırılmasını, təşkilini və ümumi idarə olunmasını təmin etmək; Layihə üzrə tikinti-quraşdırma işlərinin təsdiq olunmuş layihə sənədlərinə, istehsalat planlarına və normativ sənədlərə uyğun icrasına nəzarət etmək; Öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, Cəmiyyətin daxili normativ aktlarını, SNİP, GOST, ISO standartlarını, eləcə də rəhbərliyin göstəriş və sərəncamlarını rəhbər tutmaq; Layihənin büdcəsinin hazırlanmasını və icrasına nəzarəti həyata keçirmək, maliyyə resurslarının səmərəli istifadəsini təmin etmək; Podratçı və subpodratçı təşkilatların fəaliyyətini əlaqələndirmək və onların işinə nəzarət etmək; Tikinti mühəndislərinin və sahə heyətinin fəaliyyətini təşkil etmək, onların işini koordinasiya etmək; Layihə üzrə riskləri müəyyən etmək, onların minimuma endirilməsi üçün tədbirlər hazırlamaq və icrasına nəzarət etmək; Layihənin icra müddətlərinə riayət olunmasına nəzarət etmək, gecikmələrin qarşısını almaq üçün operativ tədbirlər görmək; Layihə üzrə texniki və maliyyə hesabatlarının hazırlanmasını təşkil etmək və rəhbərliyə təqdim etmək; Layihə, proqram, plan və müqavilələrin həyata keçirilməsində metodiki və praktiki rəhbərliyi təmin etmək; Qoyulmuş tələblərə, qüvvədə olan normalara, qayda və standartlara riayət olunmasına nəzarət etmək. Tələblər: İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil; Tikinti layihələrinin idarə olunması sahəsində minimum 5 il iş təcrübəsi; Normativ sənədlərlə (SNİP, GOST, ISO və s.) işləmə bacarığı; Layihələrin planlaşdırılması və idarə olunması üzrə biliklər; Liderlik və təşkilatçılıq bacarıqları; Kompüter proqramları (MS Office, AutoCAD, Primavera və s.) ilə işləmə bacarığı; Azərbaycan dili mükəmməl, digər dillər arzuolunandır. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.