Məhkəmələrlə iş şöbəsinin icraya nəzarət üzrə mütəxəssisi/aparıcı mütəxəssisi/ baş mütəxəssisi - Global Collector MMC

Location: Bakı

Məhkəmə qərarlarının icrası və problemli aktivlərin hüquqi müstəvidə idarə olunması sahəsində təcrübəli mütəxəssis axtarırıq. Əsas Öhdəliklər: Məhkəmə qərarlarının və icra sənədlərinin icra məmurları tərəfindən icrasına nəzarət edilməsi; İcra strukturları və müvafiq dövlət qurumları ilə sıx əməkdaşlığın qurulması; Borcluların tapılması, əmlaklarının müəyyən edilməsi və həbs qoyulması proseslərinin izlənilməsi; İcraatda olan işlər üzrə mütəmadi hesabatların hazırlanması; Zərurət yarandıqda borclularla görüşlərin keçirilməsi və ödənişə cəlb edilməsi. Tələblər: Ali təhsil;(Ali Hüquq təhsili arzuolunandır) Məhkəmə qərarlarının icrası sahəsində minimum 1-3 il iş təcrübəsi "İcra haqqında" Azərbaycan Respublikasının Qanunvericiliyini mükəmməl bilmək; Dövlət orqanları ilə ünsiyyət qurma bacarığı; Ezamiyyətlərə və intensiv iş rejiminə hazırlıq. Şərtlər: Əmək haqqı: Namizədin təcrübə və bacarıqları nəzərə alınmaqla, fərdi danışıqlar əsasında razılaşdırılacaq; Karyera yüksəlişi imkanları; Peşəkar kollektivdə işləmək şansı. CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Mövzu hissəsində "Jooble.az - Məhkəmələrlə iş şöbəsi" qeyd etməyi unutmayın. e-mail: orxan.xankishiyev@globalcollector.az