Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edilməsi; MEP layihəsinin hazırlanması; Layihə üzrə iş həcmlərinin çıxarılmasr; Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak; AutoCAD proqramından istifadə etməklə, bütün təsvirlərin hazırlanması; Tikinti, elektrik, su çəkilişi (MEP), istilik, havalandırma və isitmə (HVAC), o cümlədən inşaat qurğularının müxtəlif aspektləri ilə bağlı layihələndirilməsi, tikinti planları, təsvirləri və spesifikasiyalarının nəzərdən keçirilməsi; Tikinti müqaviləsi sənədlərinə uyğun olaraq təqdimatların nəzərdən keçirilməsi və rəhbərliklə sifarişçi arasında texniki əlaqə kimi çıxış etməli; Yerinə yetirilmiş işlər barədə hesabat hazırlanması; Tikinti obyektlərində MEP tələblərinə cavab vermək və şərtləri inkişaf etdirmək üçün müvafiq qurumlarla birbaşa iş; Su təchizatı və kanalizasiya qurğularının qeydiyyatı və sertifikatlaşdırılması, təmir edildikdən sonra sənədlərə dəyişikliklər edilməsi; Yeraltı tikililəri və kommunikasiyaları qorumaq üçün işlər görülməsi, rabitə, siqnal, ölçmə, nəzarət, mühafizə və avtomatlaşdırma cihazlarının yoxlanılmasını, habelə qazanxanalarda təzyiq cihazlarına nəzarətin təmin edilməsi; Hazırlanmış layihələr barədə rəylər verilməsi, elektrik stansiyaları və şəbəkələrinin istismara verilməsi və sınaqdan keçirilməsində iştirak edilməsi; Tikinti işlərinin əsas mərhələlərinin istiqamət konsepsiyasının işlənib hazırlanmasında iştirak edir; Materialların, konstruksiyaların və məmulatların araşdırılmasını, bu istiqamətdə beynəlxalq əlaqələrin qurulması üzrə təkliflərin verilməsi; Layihələrin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq zamanında və verilmiş büdcə çərçivəsində qənaətbəxş şəkildə tamamlanması məqsədilə layihə həyata keçirilən ərazilərə daimi baxış keçirilməsi və monitorinqinin aparılması; Tikinti və istehsalat işlərinin mərkəzi idarə olunmasını təşkil edir, podradçı və subpodradçı təşkilat və briqadaların işlərini əlaqələndirir; Tikinti üzrə bütün təfsilatlı çertyojlar barədə qeydlərin aparılması və məlumat bazasının yenilənməsi; Təhlükəsizlik və ətraf mühitin qorunması standartlarının tələblərinə, daxili əmək intizamı qaydalarına, əməyin təşkilinin əsaslarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl etmək. Tələblər: Yaş həddi: 25 – 45; Mühəndislik ixtisası üzrə ali təhsil (mexanika və ya elektrik) MEP mühəndisi olaraq fasiləsiz azı 3 il iş təcrübəsi (yüksək mərtəbəli binalarının tikintisində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək); MS Office və AutoCAD proqramlarını yaxşı səviyyədə bilməli; Azərbaycan dili əla səviyyədə bilməli (xarici dil biliyi üstünlükdür); Məsuliyyətlilik və punktuallıq; Planlaşdırma, qərarvermə və problem həlletmə tezliyi; Komandada işləmək bacarığı. İş şəraiti və təminat: İş yeri: Bakı şəhəri; İş rejimi: 6 günlük; Nahar yeməyi; Korporativ nömrə; Əmək haqqı: bazar dəyərinə uyğun olaraq qarşılıqlı razılaşma əsasında. Digər tələblər: Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını Müraciət Et düyməsində göstərilən elektron poçtuna göndərə bilər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur. Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. e-mail: hr@gmco.az