Location: Bakı
Namizədə olan tələblər: Təhsil: Ali; İR əməliyyatları və əmək haqqı hesablanması üzrə 2 il iş təcrübəsi; Əmək Qanunvericiliyi üzrə nəzəri biliklər (işə qəbul və xitam, iş vaxtının tənzimlənməsi, ezamiyyə, məzuniyyət); Məsuliyyətli, çevik və stressə davamlı olmalı. Vəzifə öhdəlikləri: Müqavilələr, hesabatlar, əmrlər və İR ilə bağlı digər sənədlərin hazırlanması, emal edilməsi və arxivləşdirilməsi; İR ilə bağlı məlumatların elektron hökumət portalına və müvafiq proqram təminatına daxil edilməsi; İstifadə olunmuş saatlıq icazələrin matrisasının hazırlanması; Yeni işçilərin qeydiyyat prosesinin icra edilməsi (sənədlərin yığılması, müqavilələrin imzaladılması, sistemdə qeydiyyatın aparılması, şirkətin daxili qaydaları ilə bağlı təlimatların verilməsi); İmtiyaz və təminatların verilməsi üçün müraciətin olunması; Yeni gələn namizədlərin ofislə tanış edilməsi və rəhbərlik ilə görüşdürülməsi; İşdən çıxan işçilər ilə bağlı əməliyyatların aparılması (işçinin ərizəsinin alınması, əmrin yazılması, haqq-hesab blankının doldurulması, sistemdə və dövlət portalında müvafiq qeydlərin aparılması); Digər strukturlardan daxil olan İR ilə bağlı sorğuların cavablandırılması; Əməkdaşların günlük davamiyyətlərinin izlənilməsi və qeydiyyatının aparılması; Hesabatların rəhbərliyə təqdim olunması; Rəhbərliyin verdiyi digər işlərin yerinə yetirilməsi; Əməkdaşlar arasında baş vermiş konfliktlərin vəzifə səlahiyyətləri çərçivəsində həll edilməsi; Məzuniyyət qrafiklərinin hazırlanması və icrasına nəzarət; Əmək haqqına dair bütün hesablamaların aparılması və hesabatların tərtib edilməsi; Müvafiq proqram təminatinda əmək haqqıların, son haqq hesabların , məzuniyyət haqlarının hesablanması və ödənişə göndərilməsi; Ştat cədvəli və struktur dəyişiklikləri ilə bağlı sənədləşmənin aparılmasının təmin edilməsi. İş şərtlərimiz: Əmək haqqı: müsahibə əsasında; İş qrafiki: Həftəiçi 5 gün (8:30-17:30); Servis xidməti (20 Yanvar, Gənclik və Sumqayıt istiqamətlərinə) ; Nahar. Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz). Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə Mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.