Maliyyə əməliyyatları, xəzinə və bank hesablaşmaları üzrə mütəxəssis (müvəqqəti) - Group Motors

Location: Bakı

Salary: 1000-1200

Komandamıza dekret məzuniyyəti dövrü üçün məsuliyyətli və diqqətli Xəzinadar axtarırıq. Bu rol gündəlik maliyyə əməliyyatlarının düzgün və vaxtında icrasını təmin etmək baxımından vacibdir. Əsas vəzifələr: Gündəlik bank əməliyyatlarının icrası və internet bankçılıq üzərindən ödənişlərin hazırlanması  Daxil olan və çıxan ödənişlərin nəzarəti, təsdiqi və üzləşdirilməsi  Debitor borcların izlənməsi, ödənişlərin uçotu və hesabatı  Kreditor öhdəliklərinin vaxtında ödənilməsi və nəzarəti  Müştəri və təchizatçılarla hesablaşmaların uzlaşdırılması  Bank çıxarışlarının yoxlanılması və 1C sisteminə işlənməsi  Gündəlik cash flow və ödəniş planlamasına dəstək  Kassa əməliyyatlarının aparılması və nəzarəti  Maliyyə sənədlərinin hazırlanması və arxivləşdirilməsi Tələblər: Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə təhsil  Bank əməliyyatları, debitor və kreditor hesablaşmaları üzrə ilkin təcrübə üstünlükdür  1C proqramında sərbəst işləmək bacarığı  Excel-də baza və ya orta səviyyə biliklər (Pivot, VLOOKUP üstünlükdür) Ödəniş tapşırıqları və bank sənədləri ilə işləmə bacarığı  Analitik düşüncə və detallara diqqət  Vaxtında işlərin icrası və məsuliyyətlilik Biz nə təklif edirik: Peşəkar və dəstəkçi iş mühiti  Təcrübə qazanmaq və inkişaf imkanları  Sabit və strukturlaşdırılmış iş prosesi  Gələcəkdə daimi iş imkanının yaranma ehtimalı  Əmək Haqqı: 1000-1200 AZN Əgər siz maliyyə sahəsində karyeranıza başlamaq və ya inkişaf etdirmək istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq. Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Jooble.az - Xəzinədar" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər. e-mail: cv@groupmotors.az