Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Logistika İdarəetmə Sistemini bilmək; Analitik və logistik planlaşdırma həyata keçirmək; Bazar araşdırması aparmaq, aktual qiymət siyasətini təhlil etmək, bazar tendensiyalarını və rəqibləri təhlil etmək; müştəri tələbatlarını öyrənmək; Mövcud və yeni prespektivli müştərilərlə effektiv əlaqələrin yaradılması, əlaqələrin davamlı inkişafı, müştəri ehtiyaclarının həlli; Biznesin əhatə dairəsini genişləndirmək üçün potensial müştəriləri təyin etməklə izləmək; Cari və gələcək müştərilərlə satış görüşləri planlaşdırmaq və həyata keçirmək; təkliflər təqdim etmək, təqdimatlar hazırlamaq; İşgüzar danışıqlar aparılmaqla, şirkətin xidmətlərini satmaq, müqavilələrin bağlanması; Yeni müştərilər ilə individual və online görüşlərin təşkili olunması və iştirak; Müraciətçilərə şirkət və şirkətin göstərdiyi xidmətlər haqqında dolğun, düzgün və ətraflı məlumat verilməsi və ilkin əlaqənin qurulması; Daxil olan sifarişlərin qəbulu, onların işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirilməsi; Müştərilərə qiymətlər, ödəniş şərtləri və digər maliyyə məlumatları barədə məsləhət vermək; Kommersiya təkliflərinin və təqdimatlarının hazırlanması; Müştərilərin sorğularının operativ şəkildə cavablandırılması; Müştərilər ilə yaranan problemləri müəyyənləşdirib effektiv həllini həyata keçirmək; Müştəri məmnuniyyətini təmin etmək və münasibətləri gücləndirmək; Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların təqdim edilməsi. Günlük, həftəlik və aylıq görüşlərin planlaması və təqdimatı; Qabaqcıl satış biliklərini nümayiş etdirmək və şirkətin bütün siyasət və prosedurlarından xəbərdar olmaq; Çin, MDB və Orta Asiya ölkələri istiqamətləri üzrə REF (soyuduculu) və TENT tipli nəqliyyat vasitələri ilə beynəlxalq avtomobil daşımalarının təşkili, bu istiqamətlər üzrə daşınma xidmətlərinin satışının həyata keçirilməsi, müştərilərin daşınma tələblərinin təhlil edilməsi və optimal logistika həllərinin təqdim olunması; Tədbirlərdə, sərgilərdə və işgüzar görüşlərdə müəssisəni təmsil etmək. Tələb olunan bilik və bacarıqlar: Təhsil: Ali Azərbaycan, Türk, Rus və İngilis dili – yaxşı yazılı və şifahi ünsiyyət bacarıqları; MS Office biliyi yaxşı səviyyədə. Təcrübə: Beynəlxalq yükdaşımalar üzrə azı 2 il iş təcrübəsi. Bacarıqlar: Güclü iş etikasına sahib olmaq Aydın və sərbəst şəkildə ünsiyyət bacarığı Kommunikasiya bacarıqları Analitik düşünmə və problemi həll etmə bacarığı Müstəqil və komanda şəklində işləmək bacarığı Stress altında işləmə və iş yükünə davamlılıq Deadline ilə işləmək bacarığı Yeniliklərə açıq olmaq İş barədə məlumat: Əmək haqqı: Müsahibə əsasında təyin olunur Təminatlar: Mobil rabitə xidməti ilə təmin olunması İş qrafiki: 5 günlük, 09:00–18:00 Əlaqə nömrəsi: +994 55 201 65 70/ +994 55 204 33 94 Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciət maili mesimovmherituslogistics@gmail.com