Yüklənir...
Location: Bakı
Vəzifə öhdəliyi: Müəssisənin gündəlik mühasibat uçotunun aparılması, təsərrüfat əməliyyatlarının mühasibat hesablarında düzgün əks etdirilməsi və maliyyə əməliyyatlarının düzgün şəkildə qeydiyyata alınması. Təsərrüfat əməliyyatlarını təsdiq edən ilkin sənədlərin (müqavilə, hesab-faktura, e-qaimə, təhvil-təslim aktı və s.) qəbul olunması, yoxlanılması və təsdiq edilməsi. Dövr (aylıq, rüblük və illik) ərzində əldə edilən gəlirləri və çəkilmiş xərcləri hesablamaq və onları müqayisə etməklə fəaliyyət nəticələrini (mənfəət yaxud zərərlə işləməni) təhlil etmə və debitor və kreditor borcların nəzarətdə saxlanılması, aylıq üzləşmə aktlarının hazırlanması. Əsas vəsaitlərin uçota alınması, amortizasiya hesablanması və silinməsi proseslərinin icrası. Adiyyəti olan platformalarda yerləşdirilmiş gömrük bəyannamələrinin yoxlaması və gömrük rüsumlarının ödənilməsi. Müəssisənin maliyyə vəziyyətində və maliyyə nəticələrində baş verən dəyişiklikləri istifadəçiyə (rəhbərlik, marketinq, kadr və s. şöbələrə) vaxtında çatdırmaq. Hüquqi anlaşılmazlıqlarda sübutedici vasitə olan sənədləri qaydaya salmaq. Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi. Müəssisəyə məxsus bütün məlumatların (kommersiya sirri, maliyyə məlumatları və digər daxili informasiyalar) məxfiliyinin qorunması. Qanuni mükəlləfiyyətləri yerinə yetirmək: öhdəliklərin (Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin, kommunal xərclər, icarə haqqı və s.) hesablanması və vaxtında ödənilməsi; vergilərin və sosial ayırmaların hesablanması və dövlət təşkilatlarına vaxtında ödənilməsi; tələb olunan hesabatların vaxtında lazımi dövlət orqanlarına təqdim olunması. Tələblər: Ali təhsil: (mühasibatlıq, maliyyə, iqtisadiyyat üzrə); Xanım namizədlər Müvafiq sahə üzrə 1 il təcrübə; Elektron portallar ilə işləmə bacarığı; Azərbaycan dili səlis, rus dili arzuolunandır; MS Excel (yaxşı səviyyədə) və 1C 8.3 Proqramında işləmə təcrübəsi; Mühasibatlıq sahəsi üzrə müvafiq sertifikatlar tələb olunur; Analitik düşüncə, məsuliyyətlilik, dəqiqlik; Komandada işləmə bacarığı. İş şəraiti: Ünvan: Bakı, Səbail rayonu İş qrafiki: 5 günlük Vakansiya növü - Tam ştat Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək İmtiyazlar: Korporativ nömrə (korporativ paket) Karyera yüksəlişi Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.