Yüklənir...
Location: Bakı
HERO Projects & Design MMC memarlıq və MEP (Mechanical, Electrical & Plumbing) layihələndirilməsi sahəsində fəaliyyət göstərən mühəndislik şirkətidir. Komandamıza yüksək təşkilatçılıq bacarığına malik, məsuliyyətli, operativ və inkişaf yönümlü Ofis Meneceri / Direktor Köməkçisi dəvət edirik. Əsas vəzifələr Direktorun gündəlik iş fəaliyyətinin planlaşdırılması və koordinasiyası; Rəsmi məktubların, e-poçtların və işgüzar yazışmaların hazırlanması; Azərbaycan və rus dillərində tərəfdaşlar və müştərilərlə peşəkar ünsiyyətin qurulması (mütləq); Görüşlərin, onlayn iclasların və s təşkili , planlaşdırılması və koordinasiyası; Daxil olan sənədlərin qeydiyyatı, arxivləşdirilməsi və nəzarətdə saxlanılması; Müqavilələrin, təqdimatların və digər inzibati sənədlərin hazırlanmasına dəstək; Şirkətin gündəlik inzibati işlərinin koordinasiyası; Direktor tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; Şirkətin rəsmi internet saytı və sosial media hesablarında əlamətdar günlər, peşə bayramları və digər xüsusi tarixlərlə bağlı korporativ paylaşımların hazırlanması və paylaşılmasının təşkili; Şirkətin korporativ imicinin qorunmasına və onlayn kommunikasiya fəaliyyətinə dəstək göstərilməsi. Tender sənədlərinin hazırlanmasında müəyyən qədər təcrübə. Namizədə tələblər Ali təhsil üstünlük hesab olunur; Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı ( mütləq ); İngilis dili biliyi üstünlük hesab olunur; Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək; ChatGPT və digər süni intellekt (AI) alətlərindən istifadə bacarığı üstünlük hesab olunur; Güclü ünsiyyət və təşkilatçılıq bacarığı; Məsuliyyətli, operativ, dəqiq və intizamlı olmaq; Vaxtın düzgün idarə olunması və planlaşdırma bacarığı; Səliqəli xarici görünüş və peşəkar davranış; Komanda ilə işləmək və təşəbbüskar olmaq; Tikinti, layihələndirmə və ya mühəndislik sahəsində iş təcrübəsi üstünlük hesab olunur. Biz nə təklif edirik? Stabil və uzunmüddətli iş yeri; Rahat və müasir ofis şəraiti; Peşəkar və dinamik kollektiv; Karyera inkişafı və peşəkar yüksəliş imkanı; Maraqlı və beynəlxalq standartlara uyğun layihələrdə iştirak imkanı; Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək. İş qrafiki - Bazar ertəsi – Cümə, 09:00 – 18:00 İş yeri: Khojaly avenue 37, Demirchi Tower, Baku, Azerbaijan Maraqlanan namizədlərdən CV-lərini "Ofis Meneceri / Direktor Köməkçisi" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.