Location: Bakı
HYDEX Logistics beynəlxalq yükdaşıma sahəsində fəaliyyətini genişləndirir və komandasına aşağıdakı mütəxəssisləri dəvət edir. Dinamik mühitdə peşəkar inkişaf axtaran namizədləri müraciətə çağırırıq. Öhdəliklər: Dəniz yükdaşımalarının (FCL/LCL) planlaşdırılması və izlənməsi; gəmi agentlikləri və freight forwarder-lərlə əlaqə; konosament və daşıma sənədlərinin idarəsi; limanlarda gömrük əlaqələndirməsi. Tələblər: Dəniz logistikası üzrə 2+ il təcrübə; beynəlxalq daşıma sənədləşməsi (Bill of Lading və s.) ilə tanışlıq; əlaqələndirmə bacarığı; İngilis dili üstünlükdür. Biz nə təklif edirik: Rəsmi əmək müqaviləsi; rəqabətqabiliyyətli əməkhaqqı; sabit və uzunmüddətli əməkdaşlıq; peşəkar inkişaf və karyera perspektivi. CV-nizi e-poçtun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Əlaqə: +994 50 100 25 05