Korporativ hüquqşünas - İdeal Kredit BOKT

Location: Bakı

Təsvir Təşkilatın fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun təmin edilməsi; Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması; Təşkilatın tərəfdaşları ilə bağlanan müqavilələrin hüquqi risklərinin qiymətləndirilməsi; Dövlət qurumları ilə yazışmaların və hüquqi sənədlərin hazırlanması; Təşkilat rəhbərliyinə hüquqi məsələlərlə bağlı rəy və məsləhətlərin verilməsi; Təşkilatın daxili qaydalarının və normativ sənədlərinin hazırlanmasında iştirak; Məhkəmə və digər dövlət orqanlarında şirkətin maraqlarının təmsil edilməsi (zərurət olduqda). Tələblər Hüquq üzrə ali təhsil; Korporativ hüquq sahəsində minimum 2-3 il iş təcrübəsi mütləqdir; Analitik düşünmə və problemlərin həlli bacarığı; Komanda ilə işləmək bacarığı; Etik davranış və konfidensiallığa riayət. Vakansiya növü - Tam ştat İmtiyazlar Yığım sığortasına qoşulma imkanı Korporativ Mühit Bonus sistemi Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.