Location: Bakı
Tibb müəssisəmiz əməliyyatxana bölməsi üçün məsuliyyətli, peşəkar və idarəetmə bacarıqlarına malik Böyük Tibb Bacısı axtarır. Vəzifə öhdəlikləri: Əməliyyatxanada tibb bacılarının işinin təşkili və nəzarəti; Tibbi alət və avadanlıqların hazırlığına və düzgün istifadəsinə nəzarət; Sanitariya-gigiyena qaydalarına əməl olunmasının təmin edilməsi; Dərman preparatları və tibbi sərf materiallarının uçotunun aparılması; Həkim və digər tibb personalı ilə koordinasiyalı işin təşkili; Tibbi sənədləşmənin düzgün aparılmasına nəzarət. Tələblər: Tibb bacısı ixtisası üzrə orta ixtisas və ya ali təhsil; Əməliyyatxana sahəsində minimum 3 il iş təcrübəsi; İdarəetmə və təşkilatçılıq bacarıqları; Məsuliyyətli, diqqətli və komanda ilə işləmə bacarığı; Tibbi etik qaydalara riayət etmək. İş şəraiti: Rəsmi əmək müqaviləsi; Rəqabətli əməkhaqqı; Peşəkar inkişaf və təlim imkanları; Rahat iş mühiti və peşəkar kollektiv. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .