Kiçik Data Analitik (Junior data analyst) - Iktex

Location: Bakı

Vəzifə öhdəlikləri: Proseslərin optimallaşdırılması və avtomatlaşdırılmasının təşkili; Müxtəlif sistemlərdən məlumatların toplanması, təmizlənməsi və analiz olunmasında iştirak etmək Proqram tətbiqi üzərində dataların müəyyən arayış formalarına adaptasiyası;  Proqram tətbiqindən alınmış datalar ilə müəyyən hesabatların Excel formatda hazırlanması;  Gündəlik, aylıq, rüblük hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;  Texniki və analitik dokumentasiyaların hazırlanmasına dəstək olmaq; Məlumat keyfiyyəti yoxlamaları aparmaq və uyğunsuzluqları müəyyən etmək; Fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək Tələblər:   Ali təhsilli (Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, sistemləri və şəbəkələri, Tətbiqi riyaziyyat, Elektronika, Telekommunikasiya və digər mühəndis ixtisasları üzrə); Hərbi mükəlləfiyyətli. (Yaşı 29-dan çox olmayan); Azərbaycan dilində mükəmməl ünsiyyət və yazı bacarığı; Python, MS Excel vacib, SQL və vizuallaşdırma alətləri (Power BI, Tableau, Qliksense) ilə işləmə bacarığı isə üstünlükdür; Riyazi düşünmə, alqoritm qurma və məlumatların təhlili; Xarici dil bilikləri arzuolunandır. Səriştələr: Məsuliyyətlilik, etibarlılıq və dürüstlük; İnkişafa yönümlü və innovativ; Operativlik və çeviklik; Komandada işləmək bacarığı; Nəticə yönümlü. ​​​​​​​ Üstünlüklərimiz: Peşakar komandada işləmək imkanı; Yeni işçinin təlimləndirilməsi; Ölkədaxili və xarici təlimlərdə iştirak; Şirkət tərəfindən nahar; Karyera inkişafı. ​​​​​​​Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir. (başlanğıc: 800-1300 AZN) Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .