Location: Bakı
Vəzifə öhdəlikləri: Məhsullar üçün qutu, paket və etiket dizaynlarının hazırlanması və konseptlərinin yaradılması Brend strategiyasına uyğun kreativ və funksional qablaşdırma dizaynlarının hazırlanması Çap üçün faylların texniki tələblərə uyğun hazırlanmasına və keyfiyyətinə nəzarət Mövcud qablaşdırma və etiket dizaynlarının yenilənməsi, optimallaşdırılması və brend standartlarına uyğunlaşdırılması Yeni məhsullar üçün kreativ konseptlərin və vizual həllərin hazırlanması Çap prosesi və istehsal mərhələsində dizaynın düzgün tətbiqinə nəzarət Tələblər: Ali təhsil (Dizayn, Qrafika və ya müvafiq sahə); Minimum 3-5 il iş təcrübəsi (qablaşdırma və ya qrafik dizayn sahəsində); Yaş: 23-40; Corel Draw, Adobe Photoshop və InDesign proqramlarını yüksək səviyyədə bilmək; Brendinq və vizual identika prinsiplərini bilmək Çap texnologiyaları və materiallarla işləmək bacarığı Dizayn layihələrini planlaşdırmaq və idarə etmək bacarığı Üstünlüklər: Real layihələr üzərində işləmək imkanı Yaradıcılıq üçün sərbəst mühit Peşəkar inkişaf və karyera imkanları İş Şəraiti: Sənədləşmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun 5 günlük iş qrafiki: 09:00 – 18:00 İş yeri: Ulduz m/st Əmək haqqı: Bilik və təcrübəyə əsasən təyin olunur CV və portfolio göndərməyiniz xahiş olunur. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.