AI üzrə mütəxəssis - İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Location: Bakı

Təsvir Dövlət qurumları tərəfindən təqdim olunan AI əsaslı layihə və təşəbbüslərin texniki və arxitektur qiymətləndirilməsi; AI həllərinin vahid rəqəmsal hökumət arxitekturasına uyğunluğunun təmin edilməsi; AI layihələri üzrə texnologiya seçimi, tətbiq ssenariləri və arxitektur yanaşmaların formalaşdırılması; Məlumat, model, inteqrasiya, təhlükəsizlik və etik istifadə tələbləri baxımından Aİ həllərinin təhlili; Dövlət qurumlarının AI əsaslı həllərinin məqsədəuyğunluq baxımından qiymətləndirilməsi; AI layihələri üzrə risklərin, məhdudiyyətlərin və tətbiq imkanlarının müəyyənləşdirilməsi; AI həlləri üzrə metodoloji yanaşmaların, tövsiyələrin və baza prinsiplərinin hazırlanması; Mövcud platformalar və yeni AI təşəbbüsləri arasında uyğunluğun təmin edilməsi; Dövlət qurumlarına AI həllərinin seçimi və tətbiqi üzrə metodoloji və əməli dəstəyin göstərilməsi; AI sahəsində müvafiq araşdırmaların aparılması və nəticələrinin sənədləşdirilməsi. Tələblər Süni intellekt, kompüter elmləri, informasiya texnologiyaları, data science və ya əlaqəli sahədə ali təhsil; AI/ML həlləri, data platformaları və ya analitik sistemlər sahəsində minimum 4 il iş təcrübəsi; Machine Learning, Generative AI, NLP, LLM, RAG və əlaqəli yanaşmalar üzrə bilik və təcrübə; Python və müvafiq AI/ML kitabxanaları ilə işləmə təcrübəsi; Məlumatların hazırlanması, keyfiyyəti, modelin qiymətləndirilməsi və tətbiqi üzrə biliklər; AI həllərinin inteqrasiyası, API-lər və mikroservis yanaşması üzrə anlayış; Bulud və ya on-premises Aİ yerləşdirmə modelləri üzrə təcrübə üstünlükdür; AI təhlükəsizliyi, məlumat məxfiliyi və etik istifadə prinsipləri üzrə biliklər; Texniki sənədləşdirmə, təhlil və tövsiyə sənədlərinin hazırlanması bacarığı; Mürəkkəb AI həllərinin biznes və dövlət kontekstində izah edilməsi bacarığı; Analitik düşüncə, araşdırma və problem həll etmə bacarıqları; Komanda ilə işləmə və effektiv kommunikasiya qabiliyyəti; Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır); Dövlət sektoru, böyük həcmli məlumatlar və ya tənzimlənən sahələr üzrə təcrübə üstünlükdür. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər  Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.