Location: Bakı
Təsvir Agentliyin İT infrastrukturu üçün vahid platforma arxitekturasının (on-prem, cloud, hybrid) konseptual dizaynının hazırlanması və inkişaf etdirilməsi; Paylanmış arxitekturalı (distributed) platformaların (multi-cluster, multi-tenant) referens arxitekturasının formalaşdırılmasına və tətbiqinə rəhbərlik edilməsi; İnfrastrukturun Platform as a Service yanaşması ilə dizayn edilməsi (self-service, standartlaşdırılmış pipeline və environment-lər); CI/CD, GitOps və IaC proseslərinin strateji səviyyədə qurulması və idarə olunması (ArgoCD, GitLab CI, Terraform, Ansible və s.); Yüksək yüklü və kritik sistemlər üçün miqyaslanma (scalability), əlçatanlıq (availability) və dözümlülük (resiliency) prinsiplərinə uyğun infrastruktur arxitekturalarının layihələndirilməsi; Bulud (cloud) və yerində quraşdırılan (on-prem) resurslar üçün tutum planlaması (capacity planning), xərclərin optimallaşdırılması (cost optimization) və performans strategiyalarının müəyyən edilməsi; Observability stack-in (metrics, logs, traces, profiling) vahid arxitektura və standartlar üzrə qurulmasına rəhbərlik edilməsi; SLI/SLO, error budget, incident response, postmortem proseslərinin dizaynı; Təhlükəsizlik və uyğunluq (security by design, zero-trust, secret management, auditability) tələblərinin platforma səviyyəsində təmin edilməsi; İnfrastruktur üzrə texniki qərarlara rəyin verilməsi, risklərin qiymətləndirilməsi və arxitektura review-ların aparılması; Digər departamentlər üçün (development, data, təhlükəsizlik) texniki lider və məsləhətçi funksiyasının icra edilməsi; Texniki standartlar, referens arxitekturalar, best practice sənədlərinin hazırlanması və qorunması; İnfrastruktur yol xəritəsinin (roadmap) hazırlanması və icrası prosesində iştirak; Departament rəhbərliyinə platformanın vəziyyəti, risklər və inkişaf planları üzrə strateji hesabatların təqdim edilməsi; Fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasının təmin edilməsi; Qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında Departamentin fəaliyyəti ilə bağlı bütün məsələlərin məxfiliyinin və anonimliyinin qorunması; Fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarə Heyətinin sədrinin digər müvafiq tapşırıqlarını səlahiyyətləri çərçivəsində, həmçinin əmək qanunvericiliyi və digər müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun yerinə yetirilməsi. Tələblər ali təhsil; minumum 7 il iş stajı; Linux əsaslı sistemlər üzrə ekspert səviyyəsində bilik və real arxitektura təcrübəsi; Kubernetes və cloud-native ekosistemi üzrə dərin platforma səviyyəli bilik (networking, storage, security, scheduling); IaC və avtomatlaşdırma alətləri üzrə arxitektor səviyyəsində bacarıqlar (Terraform, Ansible, Helm, Packer); CI/CD, GitOps və SDLC proseslərinin dizaynı və optimallaşdırılması üzrə təcrübə; Observability və SRE metodologiyaları üzrə praktik bilik və tətbiq təcrübəsi; Cloud provayderlər (AWS / Azure / GCP) və ya böyük on-prem mühitlərlə iş təcrübəsi; Yüksək səviyyəli texniki qərarvermə, risk analizi və problem həll etmə bacarığı; Texniki liderlik, mentorluq və multi-komanda mühitində işləmə bacarığı; Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.