Aşpaz - Iris Hotel Baku

Location: Bakı

İş yeri: Bakı şəhəri, Iris Hotel Baku İş barədə məlumat: Menyuya uyğun yeməklərin hazırlanması və təqdim olunması; Məhsulların keyfiyyətinə nəzarət və düzgün istifadə olunması; Mətbəxdə iş prosesinin təşkili və koordinasiyası; Gigiyena və qida təhlükəsizliyi qaydalarına ciddi riayət etmək; Mətbəxin təmiz və səliqəli saxlanılmasını təmin etmək; Yeni yeməklərin hazırlanmasında təşəbbüs göstərmək; Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək. Namizədlər üçün tələblər: Aşpaz kimi iş təcrübəsi (otel və ya restoran sahəsində olması üstünlükdür); Milli mətbəx üzrə biliklər arzuolunandır; Mətbəx işlərinə məsuliyyətli və peşəkar yanaşma; Çevik, intizamlı və komandada işləmə bacarığı; Təmizkarlıq və gigiyena qaydalarına riayət etmək. Şərtlər: Əmək haqqı: razılaşma yolu ilə; İş qrafiki: həftədə 6 gün; Yemək və uniforma ilə təminat. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “Aşpaz” başlığı ilə göndərə bilərlər.