Yüklənir...
Location: Bakı
İş yeri: Bakı şəhəri, Iris Hotel Baku Əsas öhdəliklər: Qonaqları nəzakətlə qarşılamaq, onların baqajlarını təhlükəsiz şəkildə qəbul etmək və otaqlarına çatdırmaq; Qonaqları otaqlara müşayiət etmək, otelin əsas xidmətləri və imkanları barədə qısa məlumat vermək; Qonaqların baqajlarının saxlanılması və daşınmasını müəyyən edilmiş prosedurlara uyğun həyata keçirmək; Qonaqların sorğularını operativ şəkildə cavablandırmaq və ehtiyac olduqda müvafiq şöbələrə yönləndirmək; Otelin giriş hissəsində nizam-intizamı qorumaq, qonaqların rahatlığını təmin etmək; Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək. Vəzifə üzrə əsas tələblər: Yüksək ünsiyyət bacarıqları və nəzakətli davranış; Səliqəli xarici görünüş və təqdimat bacarığı; Fiziki cəhətdən aktiv olmaq və baqajların daşınmasını yerinə yetirmək bacarığı; Komandada işləmək və stresli vəziyyətlərdə operativ qərar vermək bacarığı; İngilis dilini ünsiyyət səviyyəsində bilmək mütləqdir, rus dilini bilmək isə üstünlükdür. İş şəraiti: İş yeri: Bakı şəhəri, Iris Hotel Baku İş qrafiki: 8 saat Əmək haqqı: 550 AZN Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu hissəsində "Bellboy" qeyd etməklə göndərə bilərlər.