Location: Bakı
Şirkətimiz məsuliyyətli, intizamlı və peşəkar Sürücü axtarır. Vəzifə öhdəlikləri: Şirkət tərəfindən təqdim olunan nəqliyyat vasitəsini təhlükəsiz idarə etmək; Təyin edilmiş marşrut və ünvanlar üzrə hərəkəti vaxtında təmin etmək; Yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi riayət etmək; Nəqliyyat vasitəsinin texniki vəziyyətinə gündəlik nəzarət etmək; Avtomobili daim təmiz və səliqəli vəziyyətdə saxlamaq; Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək. Namizədə tələblər: B kateqoriyalı sürücülük vəsiqəsi; Sürücü vəzifəsində minimum 2 il iş təcrübəsi; Bakı şəhərini və ətraf əraziləri yaxşı tanımaq; Yol hərəkəti qaydalarını mükəmməl bilmək; Məsuliyyətli, dürüst, punktual və intizamlı olmaq; Səliqəli xarici görünüş və nəzakətli ünsiyyət bacarığı; Avtomobilin texniki vəziyyəti haqqında ilkin biliklərə malik olmaq. İş şəraiti: İş yeri: Bakı şəhəri; Məşğulluq növü: Tam ştat; İş rejimi: Həftədə 5 tam iş günü, 6-cı gün yarım iş günü; Əməkhaqqı: 800 AZN; Şirkətə məxsus nəqliyyat vasitəsi təqdim olunur; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə. Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Sürücü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya 050 830 11 10 nömrəsi ilə əlaqə saxlaya bilərlər.