Mikro kreditlər üzrə Mütəxəssis/Aparıcı Mütəxəssis/Baş Mütəxəssis - AFB Bank

Location: Bakı

Mikro və Aqro bankçılıq mərkəzi  İş şəraiti İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə) Ünvan: Bakı, Sumqayıt, Qəbələ, Gəncə şəhəri. Tələblər Ali təhsil; Bank sektorunda müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi; Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dilini bilmək arzu olunandır; MS Office proqramlarında işləmək bacarığı; Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı; Məsuliyyətlilik və dəqiqlik. İşin təsviri Mikro və Aqro kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə çıxarılmasının təmin edilməsi; Ərazi üzrə bank məhsullarının potensial müştərilərə çatdırılmasının təmin edilməsi; Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi; Keyfiyyətli kredit portfelinin formalaşdırılması və portfelin idarə edilməsi; Bankdaxili prosedurlara uyğun olaraq kredit müraciətlərinin kameral və səyyar monitorinqinin aparılması; Ümumi fəaliyyətə dair hesabatların hazırlanması. Uyğun namizədlərdən CV-lərini mövzu sətrində  “Mikro kreditlər üzrə Mütəxəssis/Aparıcı Mütəxəssis / Baş Mütəxəssis”  qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.