Yüklənir...
Location: Bakı
Arbinex Tech Solutions olaraq komandamıza IT sahəsində, xüsusilə ERP sistemlərinin satışında təcrübəsi olan Satış Meneceri axtarırıq. Bizə sadəcə ümumi satış təcrübəsi olan namizəd deyil, bizneslərə IT həllərinin və ERP sistemlərinin təqdimatı, satışı və müştəri ilə danışıqların aparılması sahəsində təcrübəli mütəxəssis lazımdır. Əsas vəzifələr Arbinex-in ERP və digər IT həllərinin potensial müştərilərə təqdim edilməsi və satışı; Yeni B2B müştərilərin axtarılması və cəlb edilməsi; Potensial müştərilərlə ilkin əlaqənin yaradılması, ehtiyacların müəyyənləşdirilməsi və uyğun həllərin təklif edilməsi; ERP sistemlərinin funksionallığının müştəriyə biznes ehtiyacları üzərindən izah edilməsi; Məhsul təqdimatlarının və demo görüşlərinin təşkilində və keçirilməsində iştirak; Müştərilərlə kommersiya danışıqlarının aparılması və satış prosesinin sonadək idarə olunması; Hazırlanan kommersiya təkliflərinin müştərilərə təqdim edilməsi və təqib edilməsi; Mövcud və potensial müştərilərlə uzunmüddətli biznes əlaqələrinin qurulması; CRM sistemi üzərindən satış pipeline-ının və müştəri məlumatlarının idarə olunması; Bazarın və rəqiblərin araşdırılması, yeni satış imkanlarının müəyyənləşdirilməsi; Satış planlarının və KPI-ların icrası; Satış nəticələri üzrə mütəmadi hesabatların hazırlanması. Namizədə tələblər Mütləq tələblər: IT sahəsində ən azı 1-2 il satış təcrübəsi ; ERP sistemlərinin satışında real iş təcrübəsi ; B2B satış və korporativ müştərilərlə işləmə təcrübəsi; ERP sistemlərinin əsas məntiqini və biznes proseslərini anlamaq; Müştərinin biznes ehtiyacını müəyyənləşdirərək uyğun IT həllini təqdim edə bilmək; Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı; Satış prosesini lead mərhələsindən müqavilənin bağlanmasına qədər idarə edə bilmək; Nəticəyönümlü və satış hədəflərinə fokuslanmış yanaşma; Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; MS Office və CRM sistemlərindən istifadə bacarığı. Üstünlük hesab olunur ERP, CRM, HRM, Accounting və ya digər biznes proqram təminatlarının satışında təcrübə; Odoo, SAP, 1C, Logo, Mikro və ya digər ERP sistemləri ilə iş təcrübəsi; IT məhsullarının B2B satışında müştəri portfelinin olması; SaaS məhsullarının satışında təcrübə; IT layihələrinin və proqram təminatının kommersiya tərəfini anlamaq; İngilis və ya rus dili biliyi; Aktiv müştəri bazasının olması. Biz nə təklif edirik? IT və sürətlə inkişaf edən şirkətdə çalışma imkanı; Müasir ERP və biznes avtomatlaşdırma həllərinin satışında iştirak; Əmək haqqı + satış nəticələrinə əsaslanan bonus sistemi; Karyera və peşəkar inkişaf imkanları; Rahat və dinamik iş mühiti; Real nəticələrə əsaslanan motivasiya sistemi; Korporativ müştərilərlə işləyərək B2B satış sahəsində inkişaf imkanı. İş qrafiki İş rejimi: Tam iş günü, 5 gun İş yeri: Bakı, Ag Seher Şirkət: Arbinex Tech Solutions Vacib qeyd Xahiş olunur yalnız IT sahəsində satış təcrübəsi və xüsusilə ERP sistemlərinin satışında təcrübəsi olan namizədlər müraciət etsinlər. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r . CV-də satışı həyata keçirdiyiniz ERP/IT məhsullarını, işlədiyiniz şirkətləri və satış nəticələrinizi qeyd etməyiniz üstünlükdür.